Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:50

Avropa İttifaqı qazın qiymət həddi barədə razılığa gəlib


Almaniyada qaz sayğacı
Almaniyada qaz sayğacı

Avropa İttifaqı ölkələrinin enerji nazirləri dekabrın 19-da qazın ən yüksək qiymət limiti barədə razılığa gəliblər.

Reuters bildirir ki, məhdudiyyətlər gələn il, fevralın 15-dən, əgər Niderlanddakı ən yüksək virtual ticarət nöqtəsində qazın qiyməti üç gün ərzində bir meqavat saat üçün 180 avrodan yüksək olarsa qüvvəyə minəcək.

Ən yüksək qiymət həddi barədə razılaşma əldə edilənədək bir neçə həftə ərzində Avropada enerji böhranının önlənməsinə dair intensiv danışıqlar keçirilib.

Nazirlərin bundan əvvəlki iki görüşündə razılıq əldə olunmamışdı.

Almaniyanın narahatlığı

Yeni tədbirə ən böyük qaz bazarına malik Almaniya skeptik yanaşırdı. Bu tədbiri Niderland, Avstriya və Macarıstan dəstəkləyirdilər.

Almaniyanın iqtisadiyyat naziri və baş nazirin müavini Robert Habek deyib:

"Almaniyada heç kəs qaza aşağı qiymətlərin əleyhinə deyil. Amma biz bilirik ki, ən yaxşı məramla işə ziyan vurmamaq üçün ehtiyatlı olmalıyıq”.

Qazın razılaşdırılmış ən yüksək qiymət həddi Avropa Komissiyasının təklif etdiyindən əhəmiyyətli dərəcədə aşağıdır.

Komissiya qiymət həddinin qüvvəyə minməsinə görə bir meqavat saat üçün 275 avro həddini təklif etmişdi.

Moskva cavab tədbiri ilə hədələyib

Moskvada Aİ-nin bu qərarını “bazar proseslərinə qəsd” kimi qiymətləndiriblər.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya cavab tədbirlərinə əl atacaq.

Ukraynada müharibəyə başlayandan bəri Rusiya Aİ-nin bir neçə ölkəsinə qazın nəqlini dayandırıb, Polşa, Bolqarıstan, Finlandiya, Niderland və Danimarka Rusiya qazından özləri imtina ediblər.

Xankəndidə qıtlıq və bahalaşma müşahidə olunur
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Aİ-yə üzv 15 ölkə, o cümlədən Belçika, Yunanıstan və Polşa ən yüksək qiymət həddinin 1 meqavat/saat üçün 200 avrodan aşağı olmasını tələb edirdilər.

Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, qiymət həddi Rusiya və Gazprom-un bazarı pozmaq cəhdlərinə son qoyacaq.

Dekabrın əvvəllərində G7 ölkələri və Avstraliya tankerlərlə daşınan Rusiya neftinə bir barel üçün 60 dollar civarında ən yüksək qiymət həddi qoyublar.

XS
SM
MD
LG