Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:54

Sahinovic: 'Qızımın həyatı Azərbaycanda darmadağın oldu'


Azra Sahinovic və Vanessa Sahinovic (screeshot www.kurier.at)
Azra Sahinovic və Vanessa Sahinovic (screeshot www.kurier.at)

Danışıqlardan sonra ailənin vəkili Nikolaus Rosenauer-ə söz verilmişdi ki, 1,8 milyon avro məbləğində təzminat ödənəcək.

Ancaq belə görünür ki, Azərbaycanda artıq bu vəd barədə heç nə bilmək istəmirlər.

Vanessa Sahinovic-in anası Azra Sahinovic-in gözləri yaşarır: "Qızımın həyatı Azərbaycanda darmadağın oldu. Mən istəyirəm ki, onlar artıq bunun əvəzini ödəsinlər", – o deyir.

2015-ci ildə Bakıda keçirilən Avropa oyunlarından qabaq Vanessa-nın 12-ci döş fəqərəsi sınıb. Bundan sonra ona milyonlarla avro dəyərində təzminat vəd edilib. Avstriyanın “Kurier” qəzeti yazır ki, ancaq bu vəd artıq heç kimin yadında deyil.

CƏMİ 200 MİN AVRO

17 yaşlı keçmiş idmançı böyük ehtimalla ömrünün qalan hissəsini təkərli arabada keçirməli olacaq. Belə görünür ki, o, 200 min avro ilə kifayətlənməli ola bilər. "Çarəsiz qalmışıq. Daha başqa çıxış yolu görmürəm", – onun anası deyir.

Buna da bax:​ Avropa Oyunlarındakı qəzaya görə məhkum edilənlər narazıdır

Ancaq iki il öncə Vanessa-nın həyatı bambaşqa idi. O zaman hamı 16 yaşlı sinxron üzgüçünün qızıl medala sahiblənəcəyinə, Olimpiya səmasında yüksələn ulduza çevriləcəyinə inanırdı. 2015-ci ildə Bakıda Avropa oyunlarının açılışından bir gün öncə Vanessa-nı səkinin üzərində avtobus vurdu. Maşına nəzarəti itirmiş sürücü sonradan məhkum olundu. Qəzetin yazdığına görə, bu işin özəlliklə faciəvi tərəfi budur: Sürücü bundan əvvəl artıq bir dəfə bir qadını maşınla vurubmuş və buna görə bağışlanıbmış.

Qəzadan sonra Vanessa-nın aşağı ətrafları iflic olub. Məqalədə bildirilir ki, hadisədən az sonra Azərbaycan prezidentinin həyat yoldaşı və idman naziri böyük məbləğdə təzminat söz veriblərmiş. Ancaq bu barədə yazılı sənəd olmayıb. Danışıqlardan sonra ailənin vəkili Nikolaus Rosenauer-ə söz verilmişdi ki, 1,8 milyon avro məbləğində təzminat ödənəcək. Ancaq belə görünür ki, Azərbaycanda artıq bu vəd barədə heç nə bilmək istəmirlər. Rosenauer-in işləyib hazırladığı müqavilələrdən biri imzalanmayıb.

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

“KOR-KORANƏ İNANDIQ Kİ...”

Qəzet yazır ki, bu, idman dünyası üçün ağrılı, ailə üçünsə fəlakətdir. Avstriya Olimpiya Komitəsi ailəyə 600 min avro ödəsə də, bu məbləğ yüksək terapiya qiymətlərini ancaq ödəyir. Təkcə ötən il ailənin bununla bağlı xərcləri 100 min avro təşkil edib. Üstəlik, Vanessa-nın qəza sığortasına görə təqaüd alıb-almayacağı hələ də aydın deyil.

Buna da bax: Atletlər işi: 'Rəis dedi sənlik iş yoxdur, boynuna götür, kreslom laxlamasın'

"Biz səhv etdik və kor-koranə inandıq ki, Azərbaycan bu pulu ödəyəcək", – Azra Sahinovic deyir. "Bu, çox məyusedicidir", – ölümdən dönmüş, indi də gələcəyinin qayğısına qalmalı olan 17 yaşlı Vanessa deyir. İndi Vanessa-nın təkcə bir məqsədi var: yenidən yeriməyi bacarmaq. O, bir-birinin ardınca fərqli terapiyaları tamamlayır.

Ancaq Vanessa hələ də üzgüçülük haqda düşünür. "Terapevtlər hesab edirlər ki, bu, bir-üç ilə mümkün olacaq", – o deyir və bu zaman qəfildən gözləri işıldayır: "Bu arada bədənim indi özünü daha yaxşı hiss edir və ayaqlarımın yuxarı hissəsi yenidən çalışmağa başlayıb. Terapiya məni xoşbəxt edir". Ancaq anası Azra hələ də qorxur ki, qızı çox da yaxşı nəticələr göstərməyəcək.

ƏNGƏLSİZ YAŞAMAĞA EV

Bundan əlavə, ailə həmin kompensasiyaya Mödlinq ərazisində torpaq sahəsi alaraq Vanessa-nın əngəlsiz yaşaya biləcəyi ev tikmək istəyir. Hal-hazırda isə Vanessa liftsiz binanın ikinci mərtəbəsində yaşayır. Onu valideynləri və rəfiqələri daşımalı olurlar. "Bu o qədər yorucudur ki. Hər zaman, istədiyim vaxt bayıra çıxa bilmirəm", – Vanessa söyləyir.

Buna da bax:​ Avstriyalı idmançıların müalicəsinə bu qədər xərclənib

Ailə ev tikməyə kredit götürüb. Azra özünün həyat sığortasını ləğv etdirib. "Vanessa-nın başına gələnləri artıq dünyanın heç bir pulu düzəldə bilməz", – ailənin vəkili Rosenauer deyir.

Avstriya Olimpiya Komitəsi bu duruma təəssüflənir. 2015-ci ildən komitə problemə idman siyasəti müstəvisində müdaxilə etməyə çalışır. "Aydın məsələdir ki, Avstriya Olimpiya Komitəsi bundan sonra da Vanessa-nın istəmədiyi halda başına gəlmiş qəzaya görə vəd olunmuş kompensasiyanı almasından ötrü mübarizə aparacaq", – Komitənin prezidenti Karl Stoss deyir.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovsa bu tənqidi çox da anlamadığını deyir. Onun sözlərinə görə, ailəyə bir milyon avro təklif edilsə də, bu məbləğ ailəyə az görünüb və razılığa gəlinməyib.

Buna da bax: Avtobusun vurduğu atlet Azərbaycandan təzminat tələb edir

XATIRLATMA

2015-ci il iyunun 11-də baş vermiş qəza nəticəsində Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinovic, Luna Pajer və Verena Breit xəsarət alıb.

Bu qəzaya görə sürücü Vəli Əhmədova 3 il, Hüseyn Salamova 3 il, Fərid Əmiraslanova 2 il 11 ay 28 gün, Nizami Rayon Polis İdarəsinin «Təhlükəsiz Şəhər» xidmətinin keçmiş əməkdaşı Elçin Həsənova 4 il cəza verilib. Hökmə əsasən, Elçin Həsənov istisna olmaqla, digərləri cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

XS
SM
MD
LG