Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:39

Daha bir qrup cəbhəçiyə şərti cəza istənildi


'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi' (Video arxiv)

2020-ci ilin iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündə baş verənlərə görə həbs olunub bir neçə ay sonra ev dustaqlığına buraxılan 36 nəfərdən daha 12-sinin məhkəməsi yekunlaşır. İyunun 11-də dövlət ittihamçısı onlara, o cümlədən AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifliyə, partiyanın funksioneri Seymur Əhmədzadəyə cəza istəyib.

Bəraət istəyiblər

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərin yürüş zamanı Milli Məclisə hücum edib orada dağıntılar törətməsi, parlamentə ziyan vurması, ətrafda polis maşınını aşırması və s. zorakı hərəkətləri məhkəmə istintaqı zamanı şahid ifadələri, videogörüntülər və başqa sübutlarla təsdiqlənib. Lakin dövlər ittihamçısı təqsirləndirilən şəxslərə şərti cəza verilməsini təklif edib. O, yalnız Asif Yusifliyə 4 il sınaq müddəti olmaqla 4 il 1 ay şərti, qalan 11 nəfər təqsirləndirilən şəxsə isə 3 il 6 ay şərti cəza verilməsini istəyib.

Vəkillər isə prokurorla razılaşmayıb. Əksinə, məhkəmə istintaqı dövründə ittihamların sübuta yetirilmədiyini vurğulayaraq hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər. Bəzi vəkillər hətta müvəkkillərinin törətmədikləri cinayətə görə həbsdə saxlanmasına görə kompensasiya ödənilməli olduğunu deyiblər.

Təqsirləndirilən şəxslər də son sözlərində məhkəmədən bəraət istəyiblər.

"Günahımız vətəni sevməkdirsə..."

"Bizim günahımız vətəni sevməkdirsə, buna görə ən ağır cəzanı çəkməyə hazırıq. Vətəni sevdiyi, torpağına sahib çıxdığı üçün kimlərsə həbsxanaya atılırsa, bu, sözün bitdiyi yer deməkdir. Bu, ölkənin acınacaqlı duruma gəlməsi deməkdir", –Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirinin müavini olmuş Siyavuş Mustafayev son sözündə belə deyib.

Məhkəmənin hökmü iyunun 21-də elan olunacaq.

Bu cinayət işi üzrə AXCP Rəyasət Heyətinin üzvləri - Fuad Qəhrəmanlı, Məmməd İbrahim və digərlərinin daxil olduğu 12 nəfərlik daha bir qrupun da məhkəməsi yekunlaşmaq üzrədir. O işdə də prokuror təqsirləndirilən şəxslərə 4 il 6 aya qədər şərti cəza istəyib. Hakim hökmü iyunun 14-də elan edəcək.

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahimFuad Qəhrəmanlıya isə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu iş üzrə 2020-ci ilin iyulunda həbs olunan 36 nəfər noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Onlardan bir çoxu, o cümlədən AXCP üzvləri ittihamları qəbul etmirlər.

XS
SM
MD
LG