Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:46

AzadlıqRadiosuna görə Qırğızıstan hökumətinə çağırış edildi


AzadlıqRadiosunun Qırğız xidməti
AzadlıqRadiosunun Qırğız xidməti

30-dək beynəlxalq insan haqları təşkilatı Qırğızıstan hökumətini AzadlıqRadiosunun – Azattık kimi tanınan Qırğız xidmətinin internet saytlarının blokdan çıxarılmasına çağırıb.

Azattık saytları ötən ilin oktyabrından bağlıdır.

Yanvarın 11-də dərc olunmuş açıq məktubda habelə Azattık radiosu yayımlarının bərpasına və onun bank hesablarının açılmasına çağırış edilir.

Bu məktubu Avropa, Qafqaz, Mərkəzi Asiya və ABŞ-da mənzillənmiş insan haqları təşkilatları imzalayıb:

"Qırğızıstan hakimiyyəti ölkə mediasına özünün fəxri və gücü kimi baxmalı, onilliklərdir davam edən və adi qırğızlara çox baha baş gəlmiş demokratik inkişafdan geri dönməyə çalışmamalıdır”.

Qırğızıstan Azattık saytlarını niyə bağlayıb?

Qırğızıstan hökuməti Azattık Radiosunun qırğız və rus dillərində internet saytlarını oktyabrın 26-da, radio Qırğızıstan-Tacikistan sərhədində baş vermiş toqquşmalara dair videoreportajı silməkdən imtina edəndən sonra bloklamışdı.

Rəsmilər iddia edirdilər ki, Azadlıq və “Amerikanın səsi” radiolarının birgə layihəsi olan CurrentTime telekanalının hazırladığı reportajda Tacikistanın mövqeyindən çıxış edilib.

Hökumətin bu qərarı Saxta İnformasiyadan Mühafizə haqqında qanuna əsaslanırdı.

Bu qanun hələ avqust ayında qəbul edilərkən geniş beynəlxalq tənqidlərlə üzləşmişdi.

Həmin vaxt Azattık Radiosunun Bişkekdəki bank hesabı dondurulmuş və xidmətin 11 jurnalistinin akkreditasyası ləğv edilmişdi.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Ceymi Flay (Jamie Fly) hökumətin sözü gedən reportaj barədə iddiasını rədd etmiş və bildirmişdi ki, videoya yoxlama baxışı onun radionun standartlarını pozmadığını göstərib.

AzadlıqRadiosu hökumətin qərarından apellyasiya şikayəti verib.

XS
SM
MD
LG