Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:52
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

16:46 23.9.2015

Mehriban Əliyeva:"10 min könüllü"

"İslam Həmrəylik Oyunlarının keçirilməsi işinə təxminən 10 minə yaxın gənc könüllü kimi cəlb olunacaq". Bunu Oyunların təşkilat komitəsinin rəhbəri Mehriban Əliyeva deyib. Təşkilat Komitəsinin sədri bildirib ki, Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının hazırlanacağını da diqqətə çatdırıb.

16:35 23.9.2015

Öz itini atmayan suriyalı qaçqın

Suriyadan olan Aslan adında qaçqın digərlərindən fərqlidir. O, Avropaya öz itini də gətirib. BMT-nin yaydığı videoda Aslanla qeydiyyat işi aparan şəxs arasında belə bir dialoq gedir:

- Adamlar səndən soruşacaqlar ki, elə ancaq kiçik bir çantan var?

- Bəli.

- Ancaq itini yanında gətirirsən?

- Bəli.

- Niyə?

- Çünki itimi sevirəm! (video)

15:02 23.9.2015

ATƏT PA da seçkiyə müşahidəçi göndərməyəcək

ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva bu il noyabrın 1-də tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəklərini açıqlayıb.

ATƏT PA-dan APA-ya verilən məlumata görə, İ. Kanerva ATƏT PA-nın Ulan-Batorda keçirilən payız sessiyası çərçivəsində bəyan edib ki, bu qararı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq qəbul ediblər.

O bildirib ki, Azərbaycan ATƏT-in ənənəvi tərəfdaşı olan DTİHB-nin müşahidə missiyasının sayının məhdudlaşdırılmasını istəyib: “Bu səbəbdən bu qurum Azərbaycana göndərməyi planlaşdırdığı müşahidə missiyasını ləğv etməyə məcbur olub. Mən hesab edirəm ki, bizim yaxın tərəfdaşımız DTİHB seçkiləri müşahidə edə bilmirsə, biz də Azərbaycanda seçkiləri müşahidə etməyəcəyik”.

14:21 23.9.2015

Moskvada Avropanın ən böyük məscidi

Sentyabrın 23-də Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışıdır. Yenidənqurmadan sonra bu məscid Avropada ən böytük məscid olur. Onun sahəsi 20 dəfə böyüdülüb və 19 min kv metr olub. Burda 10 min adam eyni vaxtda ibadət edə bilər. Minarələrin hündürlüyü 78 metrdir. Onlar qızılla örtülüb.

Açılış mərasiminə Rusiya prezidenti V. Putin, Türkiyə prezidenti R.T. Erdogan, Fələstin lideri M.Abbas, Qazaxıstan prezidenti N.Nazarbayev gəlib.

Məscidin restavrasiyası 170 milyon dollara başa gəlib. Bunun əsas hissəsi ianələrdir. Əsas ianəni iş adamı Süleyman Kərimov verib. İanələrin böyük hissıəsi Türkiyədən də gəlib və Türkiyə ustalar göndərib. Fələstin lideri Mahmud Abbas Fələstin uşaqları adından 25 min dollar ianə verib. Fotolar

Davamı

XS
SM
MD
LG