Tərtər atəşə tutulub. 20 evə ziyan dəyib
Ötən gecə Tərtər şəhəri minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.
Bu günki AzadlıqLive-da:
Qarabağda cəbhə bölgəsində və eləcə də Azərbaycan-Ermənistan sərhəd bölgəsində atəşkəs bir gündə 130 dəfə pozulub. Bunlar nə deməkdir? Ekspert Üzeyir Cəfərov deyir ki, vəziyyət 3 günlük müharibədən pis ola bilər
Ermənistan prezidenti deyir ki, təhlükəsizliyə təminat yoxdursa, Azərbaycanla danışıqların mənası yoxdur
Sarkisian təminat istəyir
"Müharibə istənilən an başlaya bilər və münaqişəni həll etmək üçün danışıqların perspektivi çox azdır", bunu "Bloomberg"-ə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyir.
O bildirib ki, təhlükəsizliyə təminat olmadan mübahisəli torpaqlarla bağlı Azərbaycanla danışıqların Ermənistan üçün heç bir mənası yoxdur
"SuperMarket-N1"-lər bağlanır?
Bakıda ötən il fəaliyyətə başlamış «SuperMarket-№1» marketlər şəbəkəsinin bağlanacağı bildirilir.
Marja.az-ın xəbərinə görə, şəbəkənin artıq metronun « 20 Yanvar» stansiyası yaxınlığındakı nəhəng «Nəsimi» filialı bağlanıb.