Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:51

«Vəziyyət üçgünlük müharibədən də gərgin ola bilər»


Qarabağda erməni əsgərlər
Qarabağda erməni əsgərlər

-

«Dünən atışma səsləri gəlirdi. Axşam da dedilər ki, onların tankı vurulub. Ancaq ayrı bir şey yoxdur. Hamı işində-gücündədir. Kənd yeridir də, kimi qoyununu otarır, kimi südün sağır. Uşaqlar məktəbə gedir, hamı da evindədir».

Ağdamın Orta Qərvənd kəndinin sakini Rəsmiyyə Hüseynova kəndlərinin gününü belə təsvir edir. Deyir ki, ara-sıra eşidilən atışma səsləri onlar üçün adi bir şeydir.

Gözlə

No media source currently available

0:00 0:00:13 0:00
Direct-ə keçid

Təmas xəttindəki digər bölgələrin sakinləri də atışma səslərinə öyrəşdiklərini söyləyirlər. Tərtər rayonunun Seydimli kəndinin sakini Taleh Musayev deyir ki, əsasən avtomat, pulemyot səsləri eşidilir:

«Atışma hər gün olur. Avtomat, pulemyotdan atırlar. Kənd sakinlərinin əhval-ruhiyyəsi də yüksəkdir, heç kimdə qorxu-filan yoxdur. Hamı evində, həyətində təsərrüfatı ilə məşğuldur».

Gözlə

No media source currently available

0:00 0:00:18 0:00
Direct-ə keçid

ATIŞMA SƏSİNƏ ÖYRƏNCƏLİDİRLƏR

Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 24-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Şıxarx qəsəbəsində bir yaşayış evini dağılıb. Nazirliyin rəsmi saytı həmin evin fotolarını da yayıb.

Həm Tərtərin, həm də Füzuli rayonlarının təmas xəttinə yaxın kəndlərin sakinləri bildirirlər ki, atışmalar olsa da, həyatlarının axarı pozulmayıb:

– Təmas xəttində atışmalar olur, kənddən eşidilir. Ancaq hər şey qaydasındadır.

– Ara-sıra atışmaları eşidirik. Hamı işində-gücündədir. Belə şeylərə öyrəncəliyik.

Gözlə

No media source currently available

0:00 0:00:15 0:00
Direct-ə keçid

Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf aprelin 24-ə keçən gecə təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq atəş açıb, əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib, ancaq qarşısı alınıb və bir tankı heyətlə birlikdə vurulub.

«VƏZİYYƏT YENƏ GƏRGİNLƏŞƏCƏK»

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, aprelin 24-də təmas xəttində olanlar vəziyyətin yenidən gərginləşəcəyindən xəbər verir:

«Son günlər baş verənlər birmənalı olaraq Ermənistanın hücumudur. Ermənilərin itirdikləri mövqeləri qaytarmaqdan ötrü atdıqları addımlardır. Azərbaycan Müdafiə Nazirliyi də buna cavab addımları atır. Çünki onların tankları keçmiş Ağdərə istiqamətində mövqelərimizə hücum ediblər. Azərbaycan hərbçiləri də həm o istiqamətdə, həm də Lələtəpə istiqamətində gərəkən tədbirləri görüb. Vəziyyət belədir, Rusiya Ermənistanı sakitləşdirdi və əraziyə əlavə qüvvələr, əlavə texnika gətirilir. Yaxın günlərdə, ola bilsin ki, vəziyyət yenə də aprelin əvvəlindəkindən də gərgin olsun. Hadisələrin inkişafı o istiqamətdə gedir».

Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

Müdafiə Nazirliyinin aprelin 25-ə olan məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, 122 millimetrlik D-30 haubitsalardan istifadə etməklə atəşkəs rejimini sutka ərzində ümumilikdə 130 dəfə pozublar.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, aprelin 25-ə keçən gecə Azərbaycan hərbçiləri atəşkəsi 38 dəfə pozublar.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Xalq Bankın baş ofisinin yaxınlığında partlayış

XS
SM
MD
LG