Çin avtopilotlu maşınını nümayiş etdirir
Pekindəki beynəlxalq avtosalonlardan birində avtopilotlu maşınlar nümayiş etdirilib. Avtopilotlu avtomobil istehsalında Avropa və ABŞ liderlik etsə də Çin artıq onlarla ayaqlaşır.
“Suriyada atəşkəs razılaşması iflas həddindədir "
Bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura deyib: “Biz atəşkəsi tam iflasdan qorumalıyıq."
Qrant qaydaları sadələşdiriləcək
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatı və qrantların alınması ilə bağlı prosedur sadələşdiriləcək.
Bunu AzadlıqRadiosuna QHT-lərə Dövlət Dəstəyi Şurasının (DDŞ) üzvü, Hüquq və Monitorinq Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib.
Kürdpərəst deputatlar məhkəməyə?
Türkiyə parlamentinin komitəsi deputatın toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı hakim partiyanın təklifini müzakirə edir.
Bu addım terrorçuluqda ittiham olunan kürdpərəst deputatların məhkəməyə verilməsinə yol aça bilər.