Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:44

Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi yanaşırıq


Chris Smith
Chris Smith

-

ABŞ Konqresinin üzvü Chris Smith ATƏT rəhbərliyini, ABŞ hökumətini prezident İlham Əliyevlə görüşlərdə Azərbaycanda siyasi məhbuslar və mətbuat azadlığının boğulması məsələsini qaldırmağa çağırıb.

Helsinki Komissiyasının rəhbəri və «Azərbaycanda Demokratiya Aktı»nın həmmüəllifi olan Ch.Smith «Turan»a bu məsələlərə çox ciddi yanaşdıqlarını deyib.

«Biz İlham Əliyevi, onun hökumətini inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil», - deyən Ch.Smith vurğulayıb ki, ABŞ Azərbaycanın və onun hökumətinin yaxın dostu olmaq istəyir. Ancaq dostlar bir-birinə imkan verməməlidir ki, insan hüquqları pozulsun: «Yüzə yaxın siyasi məhbusun olduğu halda, sadəcə, səhifəni çevirmək olmaz».

«Azərbaycanda Demokratiya Aktı» ötən ilin sonlarında Helsinki Komissiyası tərəfindən təqdim edilib və müstəqil səslərin susdurulmasına görə Azərbaycandan olan yüksəkvəzifəli rəsmi şəxslərə ABŞ-a viza verilməməsini nəzərdə tutur. Aktda başqa sanksiyalar da yer alır.

Azərbaycan rəsmiləri isə bu qanun layihəsini «erməni yönümlü» hesab edərək sənədin müəllifi olan Smith-i 1915-ci il «erməni soyqırımı»nın tanınmasının tərəfdarı adlandırır. Cənab Smith isə belə fikirlərlə razılaşmadığını bildirmişdi.

XS
SM
MD
LG