Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:34

“Manat sabit qalıbsa, qiymətlər nədən artır” sualına iqtisadçı cavabları...


Foto arxiv
Foto arxiv

Azərbaycanda “Westgold”, “Anchor”və ölkəyə idxal edilən başqa bir sıra yağlarının qiyməti artıb. İyulda 1 kiloqram “Westgold” yağı 15 manat 20 qəpiyə olub. Bu yağ, avqustun ortalarında 16 manat 20 qəpiyə, hazırda isə 17 manat 50 qəpiyə satılır

Məlumatı AzadlıqRadiosuna alıcılar verib.

Alıcılar manatın məzənnəsinin sabit qaldığı halda, ölkəyə idxal edilən yağların qiymətinin artmasını heç cürə başa düşmədiklərini deyirlər. Satıcılar isə, qiymətin topdansatış məntəqələrində bahalandığını bildiriblər.

Son iki ayda manatin məzənnəsi sabitləşib, bəs niyəidxal edilən bəzi malların qiymətləri artır?

Deputat Vahid Əhmədov güman edir ki, “Westgold”, “Anchor” yağları xaricdən idxal olunduğundan qiymətləri artıb. Deputatın fikrincə, müəyyən qədər avronun son vaxtlar bahalaşması da buna təsir edən amillərdən ola bilər. O ikinci amil kimi möhtəkirləri göstərir.

Vahid Əhmədov
Vahid Əhmədov

Ancaq Vahid Əhmədov Qurban bayramında ətin qiymətində əvvəlki günlərə nisbətən ciddi artımın olmadığını xatırladıb:

“Mən Bakıda və Qubada qiymətləri müşahidə etdim, ciddi artımla rastlaşmadım”.

Deputat manatın məzənnəsinin sabit qaldığı təqdirdə qiymətlərin artımını bir sıra malların xaricdın idxal olunması ilə izah edib:

Bunlara da bax: "Ərzaq 30 faiz bahalaşıb"

'Keyfiyyətli ətin qiyməti 10 manatdan başlayır' -Mətbuat icmalı

Avro bahalaşıb və möhtəkirlər....

“ Avronun qiyməti kəskin artıb, ikinci məqam möhtəkirlərin addımları ilə bağlıdır. Burda subyektiv və obyektiv amillər rol oynayır. Bunu araşdırmaq lazımdır”.

Vahid Əhmədov İqtisadiyyat Nazirliyinin Antiinhisar Departamentinin bu məsələlərə müdaxiləsi haqda suala da belə cavab verib:

“Bu qurum üçün bütün ticarət obyektlərini əhatə etmək çox çətindir. Hesab edirəm ki, sahibkarlar da “manatın məzənnəsi dəyişmirsə, niyə qiymət artırmalıdır” sualı üzərində düşünməlidir. Onlar mallarının yaxşı satıldığını görüb qiymətləri artırmamalıdır. Bütün hallarda nazirliyin müvafiq qurumu monitorinqlər aparmalıdır”.

Başqa bir iqtisadçı Məhəmməd Talıblıda bildirib ki, ilk baxışda qiymətlərin artımından ötrü heç bir əsasın olmadığı təəssüratı yaranır.
O, hesab edir ki,yanacağın qiymətinin artdığı dövrdə iqtisadi qurumların ajiotaj yaranmamasından ötrü sərt nəzarəti əlavə qiymət artımına imkan yaratmadı:

“ Artıq gözləmək olar ki, payızda qiymətlərin artımı açıq hiss olunacaq. Bu mənada yaxın aylarda qiymət artımları üçün amillər daha da fəallaşacaq”

Manatı yaxın aylarda nə gözləyir?

Deputat Vahid Əhmədov isə manatın gələcək taleyi ilə bağlı deyib ki, Mərkəzi Bank siyasətini yerli valyutanın qorunması istiqamətində yeridir.

Azərbaycan manatı
Azərbaycan manatı

“Prezidentin göstərişinə uyğun olaraq pul kütləsinə çox ciddi nəzarət qoyulu. Bundan əlavə idxal-ixrac əməliyyatlarına ciddi nəzarət mexanizmi həyata keçirilir. İxrac faktiki olaraq idxalı üstələyir. Bu mənada manatı qorumaq mümkün olacaq. Amma burda əsas məqsəd real sektorun inkişafıdır. Çünki investisiya qoymaq lazımdır ki, real sektor inkişaf etsin. Həm də ABŞ Ehtiyat Fondu dolların faiz dərəcəsini artırması da prosesə təsir edə bilər”

Məhəmməd Talıblı da düşünür ki, ilin sonuna dollar-manat nisbətində ciddi dəyişiklər baş verməyəcək. Sadəcə bir dollar1,70-1,90 manat ( hazırda bir dollar bir manat 70 qəpikdir-AR) həddində dalğalana bilər:

“ Çünki hökumət daxili resurslarından istifadə edərək valyuta bazarında sabit məzənnə rejimini saxlamaqla investorların ölkə iqtisadiyyatında iştirakına daha çox can atır. Əgər, investorlar məzənnə dəyişikliyin hiss etsə, biznes layihələrində dəyişikliklər edəcək. Bu isə vergi azlığı, büdcə kəsri həddinin böyüməsi, işsizliyin artması və bu kimi neqativ simptomlara rəvac vermiş olar”

XS
SM
MD
LG