Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:52

Dəmirdən, yoxsa qızıldan yol?...


Bakı-Tbilisi-Qars
Bakı-Tbilisi-Qars

►Pul yenə bəs eləmədi...

Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin koordinasiya şurasının iclası keçirilib.

Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyənin əlaqədar nazirliklərinin rəhbərləri iştirak ediblər.

Nazirlər layihənin həyata keçirilməsi zamanı üzə çıxmış çətinliklərin aradan qaldırılması yollarını müzakirə ediblər. Ölkələr dəmiryol tikintisinin danışılmış vaxtda tamamlanması üçün zəruri olan əlavə vəsaiti cəlb etmək barədə razılığa gəliblər.

Tərəflər 800 kilometr uzunluğu olan Bakı-Tbilisi-Qars dəmir yolu magistralının tikintisinin müəyyən problemlərlə qarşılaşdığını etiraf edirlər.

İlkin olaraq yolun işə salınması bu ilə planlaşdırılmışdı. Ancaq nazirlərin dediyinə görə, onun istismara verilməsi 2017-ci ilə qədər təxirə salınıb.

Yolun ən uzun hissəsi Türkiyə ərazisindən keçir. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, əsas çətinlik dəmir yolunun Gürcüstan hissəsinin 29 kim-lik seqmentində ortaya çıxıb. O deyib ki, ilkin olaraq yolun Gürcüstan hissəsinin tikintisinə ayrılmış vəsait kifayət etməyib.

Nazir bəyan edib ki, belə irihəcmli layihələrin icrası zamanı çox zaman lazım olan məbləği əvvəlcədən hesablamaq mümkün olmur. Onun sözlərinə görə, layihənin icrasının birinci mərhələsində Azərbaycan Gürcüstana 200 milyon dollarlıq tranş ayırıb. Təsdiq olunmuş növbəti tranş isə 575 milyon dollar olub. Maliyyə böhranı səbəbindən materiallar bahalaşıb, nəticədə bütün bu vəsait xərclənib. Nazir gələcəkdə layihənin tamamlanması üçün daha 150- 170 milyon dolların ayrılmasını istisna etmir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Türkiyənin nəqliyyat naziri Bineli Yıldırım layihənin təhlükəsizliyi məsələsinə toxunub. O deyib ki, terrorizm təhlükəsi mövcuddur, ancaq bu təhlükə bütün dünya dövlətlərində var. Nazir misal olaraq Parisdə və Ankarada baş vermiş terror hadisələrini göstərib. Türkiyəli nazir də layihənin razılaşdırılmış vaxtda bitirilərək təhvil veriləcəyini deyib.

Gürcüstanın iqtisadi inkişaf naziri Dmitriy Kumsişvili bildirib ki, onun ölkəsi dəmir yolunun tikintisi ilə bağlı öz ərazisindəki işləri demək olar ki, bitirib və iş bu ilin sonuna qədər tamamlanacaq.

Buna da bax...

Məhbusun qəfil yerdəyişməsi və müəmmalı ölümü...
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

XS
SM
MD
LG