Gələn ilin büdcəsi nə qədər olacaq?
Sentyabrın 1-də Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri müzakirə edilib.
Azadlıq qəzeti büdcənin nəzərdə tutulan gəlirləri, xərcləri və kəsiri barədə heç bir məlumat verilməməsinə diqqət çəkir. Media icmalı
Azərbaycanda ilk dəfə "Erməni dili" kitabı çıxıb
Azərbaycanda ilk dəfə "Erməni dili" kitabı nəşr olunub. Bu, dərs vəsaitidir və 4 hissədən ibarətdir.
Obama uşaqlarla rəqs etdi
Barak Obama üç günlüyə Alyaskaya səfər edib. O səfər zamanı yerli məktəbə baş çəkib və orada uşaqlarla rəqs edib.
Vəkil jurnalistin qətlinin istintaqından narazıdır
Vəkil Əshabəli Mustafayev jurnalist Rasim Əliyevin qətlinin istintaqının gedişindən narazıdır. Onun fikrincə, istintaq ağır bədən xəsarətləri yetirilməsi maddəsi ilə aparılır, halbuki burda qəsdən adam öldürmə cinayətinin əlamətləri var.Futbolçu Cavid Hüseynova qarşı ittiham - bilib, məlumat verməməkdir, halbuki burda cinayətə təhrik eləməyin əlamətləri var. Bundan başqa, vəkilin sözlərinə görə, istintaq səhlənkarlıq edən həkimlərlə bağlı nə edir? - bilinmir, bircə o məlumdur ki, səhiyyə nazirliyi nəzdində araşdırma aparılır.
Ancaq Ə.Mustafayev AzadlıqLive-a onu da deyir ki, istintaqın gedişində ittiham maddələri dəyişə də bilər, bu, tamamilə mümkündür.
Vəkil həmçinin bildirir ki, bu qətlin ictimaiyyətin diqqətində olması istintaqın obyektiv aparılacağına ümid verir.