Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:51

Ekspert: 'Baş maliyyə nəzarətçisinin bu sözləri kobud qanun pozuntusudur'


Rüfət Aslanlı
Rüfət Aslanlı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) rəhbəri Rüfət Aslanlı iyulun 22-də keçirdiyi mətbuat konfransında «Bank Standard» barədə diqqət çəkən fikirlər səsləndirərək, vətəndaşları səbirli olmağa çağırıb. Onun sözlərinə görə, həmin bankda 150 minə yaxın hesab var: «Biz 150 min nəfərin əmanətini dollarla qaytara bilərik. Bu isə digər əmanətçilərin narazılığına səbəb ola bilər. Əmanətçilərin öz əmanətlərini xarici valyutada tələb etməsi maliyyə bazarına təhdid yaradır. Buna görə də bank müştərilərə təklif edir ki, əmanətləri ya məzənnə üzrə manatda, ya da sifarişinizi verin, açıq bazardan xarici valyuta aldıqca, bu vəsaitlər ödənsin. Dövlət bu əmanətlərin arxasında dayanıb».

MBNP rəhbəri deyib ki, «Bank Standard»da qorunan əmanətlərin həcmi 500 milyon manatdan çox, əmanətlərin ümumi həcmi isə 600 milyon manatdır.

Buna da bax - 'Son deyil, ardı mütləq gələcək'

«ƏMANƏTÇİYƏ «GÖZLƏ» DEYİLƏ BİLİR, BORCLUYA YOX?»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, R.Aslanlının «Bank Standard»la bağlı fikirləri qanunaziddir: «Sözügedən bankın qanunazidd şəkildə «sağlamlaşdırılması» haqqında dəfələrlə yazmışam və yeni bir şey yoxdur. Amma R.Aslanlı əvvəla, «Bank Standard»ın əmanətçilərini səbirli olmağa çağırıb ki, gözləyin, pul olanda əmanətlərinizi bank qaytarar. Bunun nəyi sağlamlaşdırma oldu, bağlayın getsin onda. Amma nədənsə antikollektor banklara deyəndə ki, gözləyin, borcluların pulu olanda qaytararlar kreditinizi, bizə irad tuturlar».

«BANK ƏMANƏTİ GÖTÜRDÜYÜ VALYUTADA QAYTARMALIDIR»

Ekspert MBNP rəhbərinin «əmanətçilərin öz əmanətlərini xarici valyutada tələb etməsi maliyyə bazarına təhdid yaradır» fikriylə razılaşmır: «Bu məntiqlə onda bankların verdiyi dollar kreditlərinin də qaytarılması maliyyə bazarına təhdid yaradır. Qoy banklar gözləsin, dollar əldə edilərsə, qaytarılar kreditləri. Məqbuldur? Əslində, ölkə baş maliyyə nəzarətçisinin bu sözləri kobud qanun pozuntusudur. Bank əmanəti götürdüyü valyutada qaytarmalıdır. Dövlət həmin bankı sağlamlaşdırırsa, qanunu icra etməlidir. Edə bilmirsə, bankı ləğv etməlidir».

Buna da bax - Daha bir neçə bank bağlana bilər?

«ƏMANƏTİN MANATLA QAYTARILMASI YALNIZ...»

Ə.Həsənov bildirir ki, əmanətin manatla qaytarılması yalnız əmanətçinin razılığı və yalnız onun istədiyi məzənnə ilə ola bilər: «Daha «Bank Standard»ın istədiyi məzənnə ilə yox. Necə olur ki, bankın krediti qaytarılanda da məzənnəni bank müəyyənləşdirir, müştərinin əmanəti qaytarılanda da? Bu ikili standartdır! Dövlət belə dayanıb əmanətlərin arxasında? Görünən odur ki, «Bank Standard» elə bank sistemimiz üçün bir standart oldu bundan sonra. Belə standartlarla kim etibar edər banklara? Banklar kreditlərini yığanda, Palata kollektor olur, əmanətlərini qaytaranda isə antikollektor».

Hansı bankların bağlanma riski var? Ekspert şərh edir

Hansı bankların bağlanma riski var? Ekspert şərh edir
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

XS
SM
MD
LG