Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

Avropalı inəklərin Orta Asiya problemləri


Foto arxiv
Foto arxiv

Bir cərgə ilə otlayırlar, otlaqdan kənara çıxmırlar, qaydalara əməl etməyi sevirlər...

Qırğızıstanda mal-qaraya baxan fermerlər çoxdur. Onlardan biri Turqazı Bekenbaev Almaniyadan cins inək almaqla, qonşularını heyrətə, özünü isə əməlli-başlı işə salıb.

Fermeri təəccübləndirən inəklərin dəqiqliyidir: “Onlar o qədər nizam-intizamlıdırlar ki...Bir cərgə ilə otlayırlar, otlaqdan da kənara çıxmırlar. Qayda-qanuna əməl etməyi sevirlər, lap almanların özləri kimi”.

Davranışları avropasayağıdır

Turqazının cins inəklərinin davranışı doğurdan da avropasayağıdır.

Bir-birilərini əsla buynuzlamırlar. Örüşə gedəndə də, örüşdən qayıdanda da, örüşdə otladıqları vaxt bir-birilərinə, necə deyərlər, hörmətlə yanaşırlar. Uzaq başı, biri o birini bir az itələyə bilər.

Qırğısıztanlı fermer Turqazı Bekenbaev Avropada elektrik çobanlardan istifadə edildiyinin şahidi olub. Amma ölkəsində hamı mal-qaranı hələ ki dədə-baba qaydası ilə otarır.

Turqazının Almaniyadan aldığı cins inəklərin hər biri ona 2500 dollara başa gəlib. Bu, Qırığızıstan görə çöx böyük puldur. Bu cinsdən olan yetkin inəyin çəkisi bir tona çatır. Hər biri sutkada 45 litrə qədər süd verir.

Yerli inəklər 5 litr, onlar 45 litr süd verir

Çılğın fermerin bu eksperimenti onun həmkəndlilərinə qəribə görünür. SSRİ dağılandan burada cins maldarlıqla məşğul olan yoxdur.

“Eyni yem yeyirlər, eyni şəraitdə yaşayırlar. Ancaq bizim inəklər sutkada 5 litr süd verir ki, bu heç nədir. Onlar isə sutkada 45 litr süd verir. Ona görə də uşaqlarımla (onların hamısı ali təhsillidir) qərara gəldik ki, hamımız toplaşıb külüngü bir yerə vuraq”-deyə Turqazı Bekenbaev danışır.

Ancaq Turqazının uşaqlarına təzə bir pəyə tikib başa çatdırmaq belə müyəssər olmur. Evin kiçikləri investor axtarışı ilə paytaxta üz tutur, böyüklər isə tikinti ilə məşğul olurlar.

Qırğızıstanda cins heyvandarlığın inkişafına dövlət dəstəyi deyilən şey yoxdur. Bekenbaevlər inəklərini heç banka girov da qoya bilmirlər. Çünki heç bir bank belə girov götürmür. Ona görə də ömrünün 80-ci onilliyində baba Bekenbaevin dilində yeni xarici iqtisadi terminlər bitib: “Hardan tapaq köməyi? Güzəştli kreditləri, lizinqləri, qrantları hardan alaq?”

Fermerin soyuqda avropalı inəkləri harda saxlayacağı da hələ ki, qeyri-müəyyəndir. Doxsan baş mal-qaranı evə salmaq mümkün olmayacaq. Yeganə ümid yeri yenə kommersiya banklarıdır. Hökumətdən isə fermer artıq heç nə gözləmir.

XS
SM
MD
LG