Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:41

Berlində həbsdəki gənclərə dəstək aksiyası


Dəstək aksiyası
Dəstək aksiyası

Bu gün, mayın 10-u bir qrup mühacir Berlində Azərbaycan səfirliyi qarşısında «Qul bayramınız mübarək!» və «Bütün siyasi məhbuslar azadlıq!» şüarları ilə etiraz aksiyası keçiriblər.

Etiraz aksiyası gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinin ildönümünə həsr olunub.

B.Məmmədov və Q.İbrahimov düz bir il əvvəl Bakıda keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» və «Rədd olsun sistem!» şüarları yazdıqdan sonra saxlanmışdılar. Onlar narkotik ticarətində ittiham edilərək, 10 il azadlıqdan məhrum ediliblər.

Berlində aksiya iştirakçıları həmçinin, bu il aprelin 28-də Bakıda istintaq təcridxanasında vəfat etmiş bloqqer Mehman Qələndərovun ölümündə təqsirli şəxslərin cəzalanmasını tələb ediblər.

Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

M.Qələndərov B.Məmmədov və Q.İbrahimovla həmrəylik aksiyasından dərhal sonra narkotik maddələrin dövriyyəsi ittihamı ilə həbs olunmuşdu. Bəzi hüquq müdafiəçiləri onun işgəncələrə məruz qaldığını düşünürlər. Ancaq rəsmi qurumlar açıqlama verərək, bloqqerin işgəncəyə məruz qalmadığını, intihar etdiyini bildiriblər.

Berlində piket iştirakçıları «ReAL» Hərəkatının lideri İlqar Məmmədovun portretlərini də qaldıraraq, Azərbaycan hakimiyyətini bütün siyasi məhbus sayılan şəxslərin dərhal azad edilməsini tələb ediblər.

Yerli hüquq-müdafiə təşkilatları ölkədə 160 civarında siyasi məhbusun olduğunu bildirirlər. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG