Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:43

BMT: Rusiya və Türkiyə Suriyada ‘bəlkə də’ hərbi cinayətlər törədib


Paulo Pinheiro
Paulo Pinheiro

BMT-nin hesabatında deyilir ki, təşkilatın komissiyası Suriya hökumətinin qiyamçılara və yaraqlılara qarşı mübarizəsində onun əsas müttəfiqi olan Rusiyanın ötən ilin iyul və avqust aylarında izdihamlı bazara və müvəqqəti köçkünlərin düşərgəsinə hava zərbələri endirdiyini müəyyən edib.

Reuters agentliyinin xəbərinə görə hesabatda deyilir ki, “hər iki insident zamanı Rusiya spesifik hərbi obyektləri nişan almayıb və bu isə yaşayış məskənlərinə hücum etməklə hərbi cinayətin törədilməsi kimi qiymətləndirilə bilər”.

Hesabatda həmçinin Türkiyəyə müttəfiq olan qiyamçıların kürd qüvvələrinin nəzarətində olan ərazilərə basqınlarından söz açılır.

Qeyd olunur ki, əgər qiyamçılar Türkiyə hərbi qüvvələrinin nəzarəti altında hərəkət ediblərsə, onda türkiyəli komandirlər hərbi cinayət törədiblər.

Suriyalı qaçqınlar
Suriyalı qaçqınlar

Sözü gedən komissiyanın sədri Paulo Pinheiro deyib ki, bu son cinayətlərdə əli olmaqda şübhəli bilinənlərin adları məxfi siyahıya daxil edilib.

Komissiya sədri bildirib ki, o Suriyada 9 ildir davam edən müharibədə törədilmiş cinayətlərlə bağlı dünya boyunca müxtəlif məhkəmə hakimiyyətlərindən 200-dək sorğu alıb.

2019-cu ilin iyulundan 2020-ci ilin fevralınadək dövrü əhatə edən hesabatda Suriya hökumət qoşunlarının və onun müttəfiqlərinin mühafizə olunan mülki obyektlərə, o cümlədən xəstəxana və məktəblərə hücumları pislənir.

Daha 1 milyon qaçqın

Komissiyanın üzvlərindən Hanny Megally deyib ki, “əhalinin öz yerlərindən didərgin düşməsi üçün bilərəkdən ona qarşı terror törədilməsi” hərbi cinayət sayılır və İdlibdə də məhz bu baş varib.

Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qoşunları qiyamçıların əlində olan son istehkamı – İdlib qəzasını ələ keçirmək üçün hücuma başlayıb və nəticədə daha 1 milyion insan yurdlarından didərgin düşüb.

Megally bildirib ki, təkcə ötən həftələrdə 10-dək uşaq Türkiyə ilə həmsərhəd bölgədə soyuqdan ölüb.

BMT-nin hesabatında habelə Rusiyanın iyulun 22-də Məarat ən-Nüman şəhərinə endirdiyi hava zərbələri pislənir. Bu hücum nəticəsində 43 dinc sakin öldürülüb, iki yaşayış binası və 25 dükan dağıdılıb.

Hesabatda deyilir ki, bir neçə həftə sonra köçkünlərin Haas düşərgəsinə edilmiş hücum nəticəsində 8 qadın və 6 uşaq daxil 20 nəfər həlak olub.

Hesabat habelə Türkiyəyə oktyabrın 11-də Rəs əl-Ayn yaxınlığında mülki karvana zərbə endirilməsinin araşdırılması çağırışı edilir.

Bəzi xəbərlərə görə Türkiyə təyyarəsinin bu hücumu nəticəsində 11 dinc sakin həlak olub.

XS
SM
MD
LG