Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:35

Rusiyada yüksək rütbəli hərbçilər işdən çıxarılır - Britaniya kəşfiyyatı


Kiyev ətrafında məhv edilmiş Rusiya zirehli texnikası
Kiyev ətrafında məhv edilmiş Rusiya zirehli texnikası

Məlumatda deyilir ki, məsələn 1-ci qvardiya tank ordusunun komandanı Sergey Kisel Xarkov şəhərini tuta bilmədiyinə görə vəzifəsindən kənarlaşdırılıb

Rusiyada son zamanlar Ukraynadakı hərbi uğursuzluqlarla bağlı yüksək rütbəli zabitlər ya vəzifədən qovulub, ya da işdən kənarlaşdırılıb.

Bu məlumat Britaniya Müdafiə Nazirliyi kəşfiyyatının gündəlik xülasəsində dərc olunub.

Məlumatda deyilir ki, məsələn 1-ci qvardiya tank ordusunun komandanı Sergey Kisel Xarkov şəhərini tuta bilmədiyinə görə vəzifəsindən kənarlaşdırılıb.

Britaniya MN kəşfiyyatının məlumatına görə Qara dəniz donanmasının admiralı İqor Osipov (məlumatda rütbəsi vitse-admiral kimi göstərilib) “Moskva” kreyserinin batması ilə bağlı işdən çıxarılıb.

Bu kreyser Ukrayna tərəfindən raketlərlə vurulmuşdu.

Məlumatda Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimovun öz postunda qaldığı deyilir.

Lakin bu da əlavə olunur ki, Putinin Gerasimova etibarının qalıb-qalmadığı məlum deyil.

Britaniya Müdafiə Nazirliyi kəşfiyyatının brifinqində deyilir ki, hazırda Rusiya silahlı qüvvələrində və təhlükəsizlik xidmətlərində “uğursuzluqlar barədə sükut və qurbanlıq keçi axtarışı mədəniyyəti” geniş yayılıb:

"Ukraynaya müdaxilə ilə bağlılığı olan bir çox məmurlar bundan sonra əməliyyat uğursuzluqları üçün şəxsi məsuliyyətdən yaxa qurtarmağa çalışacaqlar. Bu isə öz növbəsində Rusiyanın mərkəzləşdirilmiş komandanlıq modeli üzərinə təzyiq yükünə çevriləcək. Çünki zabitlər getdikcə daha çox əməliyyatlarda ən əsas qərarların rəhbərlik tərəfindən qəbul olunacağına belə bağlayırlar”.

AzadlıqRadiosu yazır ki, Britaniya Müdafiə Nazirliyinin bu məlumatını hələki müstəqil mənbələrlə yoxlamaq mümkün olmayıb.

Bundan əvvəl Ukrayna xüsusi xidmətləri və Rusiyanın təhqiqat jurnalistləri ölkənin ordu və xüsusi xidmətlərində istefa və həbslər barədə məlumatlar yayıb.

Həmin informasiyalar rəsmi səviyyədə təsdiq olunmayıb.

AzadlıqRadiosu bildirir ki, adətən müharibədə olan ölkələr dezinformasiya yaymağa meylli olur.

XS
SM
MD
LG