Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:25

'Bu, daha çox oliqarx məmurlara lazımdır'


V.Məhərrəmov
V.Məhərrəmov

««Aqrar sığorta haqqında» Qanun və ya Aqrar Sığorta Fondunun yaradılması fermer təsərrüfatlarından daha çox oliqarx məmurlara lazımdır».

Bunu müxalif Milli Şuranın üzvü, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Ekspertin iddiasına görə, bəzi məmurların əllərində on minlərlə hektar torpaq sahələri var: «Böyük holdinqlər yaradıblar, kənd təsərrüfatı məhsulları istehsal edirlər...».

V.Məhərrəmov əlavə edib ki, ölkədə müstəqil məhkəmə sistemi formalaşmayana kimi ədalətli formada sığorta haqqı almaq mümkün olmayacaq: «Hətta kiçik və orta fermerlərlə bağlı hər hansı sığorta hadisəsi baş versə də, haqlı olduqlarını sübut edə bilməyəcəklər. İndiki halda haqqında danışdığımız qanun da, Fond da oliqarx məmurların maraqlarını təmin etmək üçündür».

Fermer: 'Pambıq yanır, suyu bizə yox, məmurların sahələrinə verirlər'
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Rəsmi şəxslər isə hesab edirlər ki, bütün bunlar həm fermerin ziyanlarının sığortalanmasına, həm də bütünlükdə kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsinə kömək olacaq.

Xatırlatma

Prezident İlham Əliyev avqustun 19-da «Aqrar sığorta haqqında» Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb. Həmin qanun bu il iyunun 27-də qəbul edilib.

Fərmanda qeyd edilib ki, Aqrar Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlığını təmin edən qeyri-kommersiya hüquqi şəxsdir.

4 ay müddətində sığorta qaydaları təsdiq edilməlidir.

XS
SM
MD
LG