Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:20

'Cahangir kölgəsindən qorxan adamdır'


Cahangir Hacıyev
Cahangir Hacıyev

►Vahid Əhmədov: “Cahangir Hacıyev konkret danışsın”

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev məhkəmədə maliyyə naziri Samir Şərifovun ünvanına ittihamlar səsləndirib.

Ancaq nazirlik hələlik bu ittihamlara münasibət bildirməyib.

AzadlıqRadiosunun bu yöndə cəhdləri də cavabsız qalıb.

“BİLİNMİR SÖHBƏT HANSI LAYİHƏLƏRDƏN, HANSI RƏQƏMLƏRDƏN GEDİR”

Cahangir Hacıyev həmçinin bankın ayırdığı kreditlərin taleyinə də toxunub:

“2013-cü ildən 600 min iş yeri yaradılması ilə bağlı prezidentin fərmanı çıxarkən gəlib dedilər ki, “pambıqçılıq, fındıqçılıq, kənd təsərrüfatı ilə bağlı Qazaxıstanda, Rusiyada, BƏƏ və s. ölkələrdə layihələr maliyyələşdirilməlidir”. Ayrılmış kreditlər vasitəsi ilə də maliyyələşdirirdik. İndi deyirlər ki, “o layihələr uğursuz olub”. Əgər o layihələr uğursuz idisə, niyə ən yüksək sərgidə prezidentə həmin layihələri son 10 ilin ən uğurlu layihələri kimi təqdim edirdiniz? Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarına görə, bizim yaratdığımız baza qeyri-neft sektorunun 50 faizini təşkil edirdi”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov həmin çıxışda konkret ünvan göstərilmədiyini bildirir:

“Bilinmir söhbət hansı layihələrdən, hansı rəqəmlərdən gedir. O rəqəmlər açıqlansa, yaxşı olardı. Hökumətin 30-a yazın üzvü var. Hökumətin hansı üzvündən söhbət gedir? Normal açıqlama versin, cəmiyyət də bilsin nə məsələdir. Onun rəhbərlik etdiyi bank Azərbaycanın ən iri bankı olub, orda müəyyən hadisələr baş verib. Cahangir Hacıyev deyirsə ki, ona layihələrlə bağlı göstəriş verilib, konkretləşdirsin, “filan şəxsin tapşırığı ilə filan layihəyə bu qədər vəsait ayırmışam, amma icra edilməyib”. Bu başqa məsələ”.

Bəs Cahangir Hacıyevin konkret danışmamasına, konkret ünvan göstərməsinə nə mane ola bilər? Deputat deyir ki, bu suala cavab verə bilmir.

Buna da bax: Cahangir Hacıyev: 'Heç 50 qəpiklik yemək vermirlər'

“FAKT QOYSUN, AMMA BAXILACAQMI, AYRI SUALDIR”

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev də razılaşır ki, Cahangir Hacıyev ortaya fakt qoymalıdır. Hərçənd onun da şübhəsi var:

Oqtay Haqverdiyev: Cahangir kölgəsindən qorxan adamdır
Gözlə

No media source currently available

0:00 0:13:08 0:00
Direct-ə keçid

“Ancaq buna baxılacaq, ya yox, o da başqa sualdır”.

Haqverdiyev Cahangir Hacıyevin böyük vəsait ayrılan layihələrin kağız üstündə qalması haqda dediklərinə belə münasibət bildirir:

“Son 15 ildə büdcənin xərclərini analiz etsək, iqtisadi baxımdan qeyri-effektiv xərcləndiyini görərik. Bir yerə azı altı dəfə asfalt çəkilir. Avropada yol tikintisi zamanı sifarişçi tikən şirkətdən zəmanət istəyir, soruşur ki, “neçə il istifadə ediləcək”. Amma bizdə bu zəmanət istənilmir. Ən yüksək smeta dəyəri ilə onu tikirlər, bir dəfə yağış yağır, sökür, yenidən salırlar. Yəni o pullar məqsədəuyğun istifadə edilməyib. Ona görə də indi də bu layihələrlə bağlı bu məsələ ortaya çıxır”.

Buna da bax: Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək

“DEVALVASİYA İLƏ BAĞLI MÜƏMMA ÇOXDUR”

O ki qaldı, Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədrinin maliyyə nazirini birbaşa devalvasiyanın səbəbkarı kimi suçlamasına, Vahid Əhmədov deyir:

“Devalvasiya ilə əlaqədar çox müəmmalar var. Niyə şok terapiya baş verdi? Niyə yumşaq devalvasiyaya getmədilər? Bizə də qaranlıq qaldı. Şok devalvasiya həmişə hökumətə, cəmiyyətə problem yaradır. Amma devalvasiya ilə bağlı Samir Şərifov təkbaşına qərar verməyib. Kollegial qərar verilib. Orda hökumət üzvləri, Mərkəzi Bank birgə qərar veriblər”.

Oqtay Haqverdiyev də deyir ki, devalvasiyaya cavabdeh qurum maliyyə naziri yox, Mərkəzi Bankdır.

Buna da bax-Cahangir Hacıyev maliyyə nazirinin həbs olunmasını istəyir

“CAHANGİR KÖLGƏSİNDƏN QORXAN ADAMDIR”

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri məhkəmədə deyib:

“Mənə deyirlər ki, “limiti aşmısan və bankın Müşahidə Şurasının razılığı olmadan 1.5 milyondan artıq kredit vermisən”. Düz edib vermişəm. Müşahidə Şurasının qərarları qanuna ziddi idi. Mən Samir Şərifovun qərarlarını icra etməli idim, yoxsa Milli Məclisin qərarlarını? Audit Komissiyasının üzvləri həm də Maliyyə Nazirliyinin işçiləridir”.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, Beynəlxalq Bankın səhmlərinin 50 faizdən çoxu dövlətə məxsusdur və Müşahidə Şurasında hökumətin təmsilçiləri, Maliyyə Nazirliyinin nümayəndələri olmalı idi. Ancaq Haqverdiyev bunu da xüsusi vurğulayır:

“O kreditlər veriləndə buna həmin bankdakı Müşahidə Şurası qərar verməli idi. Maliyyə Nazirliyi nəzarət etməli idi, həm də vaxtaşırı layihələrin icrasını yoxlamalı idi. Söhbət milyonlarla kreditdən gedirsə, yoxlanmalı idi. Amma indi məlum olur ki, milyonlarla kredit girovsuz verilib. Buna Maliyyə Nazirliyi nəzarət etməli idi”.

O zaman bu yerdə sual yaranır ki, nazirlik nümayəndələri bu yoxlamanı aparmayıbsa, bunun cavabdehliyini tək Cahangir Hacıyev daşımalıdır, ya dövlət qurumunun yüksək vəzifəli şəxsləri məsuliyyətə cəlb olunmalıdır? Haqverdiyev hüquqşünas olmadığından bu suala qəti cavab verə bilməyəcəyini deyir.

“Ola bilər, yuxarıdan kimsə zəng edib ki, “öz adamımızdı, kredit ver”. O da verib. Mən Cahangiri çoxdan tanıyıram. Belə səhlənkarlığa yol verməsinə inanmıram. Kölgəsindən qorxan adamdır, ağıllı adamdır”, – bildirir Haqverdiyev.

XS
SM
MD
LG