Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:45

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

15:31 5.4.2016

Rus jurnalistlər deportasiya olunub

Lifenews
Lifenews

Rusiyanın «LifeNews» telekanalının jurnalistləri Azərbaycandan çıxarılıb. Azərbaycanın rəsmi qurumları kanalın Dağlıq Qarabağdakı hərbi əməliyyatlar barəsində yanlış bilgilər yaydığını bildirib.

Xarici İşlər Nazirliyi xəbəri təsdiqləyib. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev APA-ya deyib ki, «LifeNews» Azərbaycan ərazisində akkreditasiya olunmadan işləyib: «Onlar cəbhə xəttində baş verən hadisələrlə bağlı verdikləri materiallarda hadisələri təhrif edib, qeyri-obyektiv informasiya təqdim ediblər. Azərbaycan tərəfi onlara xoş niyyətlərini ifadə etsə də, jurnalistlər öz təxribatçı fəaliyyətlərini davam etdiriblər». Davamı

15:23 5.4.2016

Kerry ilə Lavrov Qarabağı müzakirə edib

Sergei Lavrov (sağda) və John Kerry
Sergei Lavrov (sağda) və John Kerry

Rusiyanın xarici işlər naziri Sergei Lavrovla ABŞ dövlət katibi John Kerry telefonla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Bu barədə Ağ evin sözçüsü məlumat verib.

15:09 5.4.2016

Prezident: «Mülki əhali ilə vuruşmuruq»

İlham Əliyev
İlham Əliyev

«Azərbaycan əsgəri, zabiti heç zaman mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur, vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir».

Bu sözləri prezident İlham Əliyev yaralı və vəfat etmiş hərbçilərin ailə üzvləri ilə görüşündə deyib.

«Report»un xəbərinə görə, ölkə başçısı Azərbaycan hərbçilərinin qoşunların təmas xəttində, sadəcə, qarşı tərəfin təxribatlarına cavab verdiyini ifadə edib.

«Ermənilər yaşayış yerlərini atəşə tutub, mülki əhalidən yaralananlar var. 300-ə yaxın evə ziyan vurulub», - deyə ölkə başçısı bildirib.

14:46 5.4.2016

Prezident yaralı əsgərlərə baş çəkdi

Aprelin 5-də prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

«Report»un xəbərinə görə, İlham Əliyev yaralı hərbçilərlə görüş zamanı Azərbaycan xalqının onlarla fəxr etdiyini deyib.

«Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdır, eləmisiz. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır», - deyə prezident yaralı hərbçilərə bildirib.

Davamı

XS
SM
MD
LG