Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:39

Dərbəndsayağı 'tolerantlıq' - şəhər brendində 6 dini loqotip


 "Brend Derbend"lərdən biri - Müqəddəs Məryəmin Örpəyi Kilsəsi.
"Brend Derbend"lərdən biri - Müqəddəs Məryəmin Örpəyi Kilsəsi.

Rusiyanın ən qədim şəhəri olan Dərbəndin yeni brendi şəhərin investisiya və turizm mərkəzi kimi nüfuzunu artırmaq məqsədi güdür. Ancaq mütəxəssislər brendin buna nail ola biləcəyinə şübhə edirlər.

Dərbəndin rəsmi saytında deyilir ki, "Brend Derbend" imic nişanına 6 bərabərhüquqlu loqotip daxildir. Onlardan hərəsi şəhərin bir tanınmış yerini əks etdirir: Narınqala (əsas nişan), Dərbənd xanlarının məqbərəsi, Müqəddəs Xilaskar Kilsəsi, Dərbənd Cümə Məscidi, Kele-Numaz Sinaqoqu və Müqəddəs Məryəmin Örpəyi Kilsəsi.

Belə düşünülüb ki...

Belə düşünülüb ki, loqotip "şəhərin keçmişini və indisini əks etdirməli, suvenir məmulatlarının üzərində göz oxşamalıdır".

Buna da bax:​ Dərbənd qalasını necə 'restavrasiya' ediblər?

Müqəddəs Xilaskar Kilsəsi loqotipi.
Müqəddəs Xilaskar Kilsəsi loqotipi.

İdeyanın müəllifi, "Mən Dərbəndi sevirəm" Xeyriyyə Fondunun baş direktoru Samur Ramazanov "Kavkaz. Realii" portalına bildirib ki, xristian rəmzlərinin daha çox olması tolerantlığı əks etdirir.

""Kaspium" analitik mərkəzinin marketinq araşdırmalarına görə, şəhərin ən tanınan rəmzləri müəyyənləşdirilib. Beləcə, loqotiplərdə Narınqala, Dərbənd xanlarının məqbərəsi və erməni kilsəsi obrazlarından yararlanmaq qərara alınıb. Şəhərə xas özəlliklərdən birini - tolerantlığı vurğulamaq üçün üç dinin rəmzləri də loqotiplərə daxil edilib. Bu üzdən, yekunda xristian rəmzlərini əks etdirən iki loqotip yaradılıb", - Ramazanov-un sözləridir.

Qum rəngi, göy və tünd boz rənglər loqotiplərin əsas rəngləri seçilib.

Brenddən pulsuz istifadəyə razılıq verilib

"Mən Dərbəndi sevirəm" ("Я люблю Дербент") Xeyriyyə Fondu brendi yaradaraq, ondan pulsuz istifadəyə razılıq verib.

Buna da bax:​ Dərbənddə bir Azərbaycan teatrı, o necə qorunur?

Dərbənd Cümə Məscidi loqotipi.
Dərbənd Cümə Məscidi loqotipi.

"İnsan və maliyyə kapitalının məhdud olduğu şəraitdə ərazilər resurslar uğrunda gərgin mübarizə aparmalı olur. Yeni dünyada öz yerini tapanlar qalib gəlirlər. Bu mənada Dərbəndin brendini sakinləri, ziyarətçiləri və investorları cəlb etməyə, onları şəhərdə saxlamağa yönəlmiş vasitədir. Xaricdə bir çox şəhər və regionlar artıq çoxdan bu vasitədən yararlanır", - iqtisadçı Khalil Khalilov deyir.

Onun fikrincə, problem brendi yaradanların bu işin mahiyyətini yanlış anlamasındadır:

"Təəssüf ki, brendləri yaradan zaman çoxları problemi araşdırmadan, kortəbii davranır. Bu isə effektivlik baxımından şübhəli nəticələr verir. Problemin kökü, yanlış olaraq, ərazi brendini turistlərin diqqətini çəkəcək "qəşəng şəkil" kimi anlamaqdadır".

İqtisadçı əmindir ki, brendin yaradılarkən, şəhərin rəqiblər baxımından güclü və zəif tərəflərinin mürəkkəb təhlili aparılmalıdır. Onun sözlərinə görə, turistlər heç də həmişə brendinin ən mühüm auditoriyası olmurlar.

Buna da bax:​ Komitə sədri: 'Tolerantlıq dövlət siyasətidir'

Kele-Numaz Sinaqoqu loqotipi.
Kele-Numaz Sinaqoqu loqotipi.

“Uğurlu şəhərlər yerli sakinlərə ilham verir”

Ekspertin fikrincə, başqa şəhərlərin təcrübəsinə üz tutmaq lazımdır. Uğurlu şəhərlər diqqəti, əsasən, yerli sakinləri ilhamlandırmağa, yerli icmaların birləşdirilməsinə, investor və biznesmenlərin cəlb edilməsinə yönəldir.

Yanvar ayında muxtar respublikada "Brend Dağıstan" layihəsi təqdim edilmişdi. Brendin təmsil edəcəyi yerli məhsullar seçimlə müəyyənləşdiriləcək.

Buna da bax:​ Qafqazda atəş səsləri kəsilmir…Yəni toy məclislərində…

Bir il öncə - brendin müzakirəsi zamanı hökumət məmurları bildirirdilər ki, istehsalçılar məhsullarının brend nişanlanmasına görə pul ödəməlidirlər. İstehsalçıların özü bu layihəyə skeptik yanaşırlar. Onların fikrincə, Dağıstanda istehsal edilən məhsulların ümumrusiya bazarına çıxarılması üçün əvvəlcə logistika məsələsi qaydaya salınmalıdır.

XS
SM
MD
LG