Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:01

Dövlət Sərhəd Xidməti: '10 min avronu bir neçə dəfə sayıblar...'


Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 09iyun2017
Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 09iyun2017

Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq və Təhqiqat İdarəsi jurnalist Əfqan Muxtarlının vəkillərinin bütün vəsatətlərinin rədd edilməsi barədə qərar çıxarıb.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin bildirdiyinə görə, adıçəkilən idarənin müstəntiqi Orxan Zeynalovun çıxardığı qərar bu gün, iyunun 12-də onlara təqdim edilib.

Buna da bax:​ Avropa İttifaqının təmsilçisi Bakıda Əfqan Muxtarlının məsələsini müzakirə edəcək

DSX-dan nələr istənilirdi?

Qərarda vəkil Elçin Sadıqovun verdiyi vəsatətlər barədə məlumat verilir. Vəkil işin dürüst araşdırılmasından ötrü Ə.Muxtarlının üzərindən götürüldüyü iddia edilən 10 min avro məbləğində pul əsginaslarının üzərində və DSX-nin 6-cı sərhəd zastavasının əməkdaşlarının əl-barmaq izlərinin götürülməsindən ötrü ekspertiza keçirilməsini tələb edib.

Bundan başqa, Ə.Muxtarlının dövlət sərhədini keçdiyi ərazidə və saxlanıldığı deyilən zastavanın müşahidə kameralarının görüntülərinin təqdim olunması istənilib.

DSX-dan həmçinin, hadisə yerinə baxış protokolunun, şübhəli, təqsirləndirilən şəxs qismində dindirmə, üzləşdirmə, cinayət işinin başlanması barədə sənədlərin, məhkəmə tibbi ekspertizasının surətlərinin jurnalistin müdafiəçilərinə verilməsi də tələb olunub.

Buna da bax:​ Gürcüstan Döövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputatı təkzib elədi

“10 min avronu bir neçə dəfə sayıblar, əl izi ekspertizasına zərurət yoxdur”

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi vəsatətlərin heç birini təmin etməyib. Qərarda qeyd olunur ki, Ə.Muxtarlının üzərində aşkar edilən pul əsginasları sərhəd zastavasında hal şahidlərinin iştirakı ilə sayılaraq qablaşdırılıb. Həmin əsginaslar daha sonra İstintaq və Təhqiqat İdarəsində təkrarən sayılıb. “Bu səbəbdən əl-barmaq izi ilə bağlı daktiloskopik ekspertizanın keçirilməsi pulların üzərində obyektiv izlərin qalmasını qeyri-müəyyən edir”, qərarda yazılır.

Kamera görüntüləri...

Qərarda Ə.Muxtarlının olduğu güman edilən ərazilərdə müşahidə kameralarının mövcud olmadığı bildirilir.

Habelə, orada Ə.Muxtarlının üzərində heç bir xəsarətin olmadığı da yazılıb.

Buna da bax: Daşqın Ağalarlı: 'Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər'

“Ə.Muxtarlı saxlanılarkən və sonrakı mərhələdə onun üzərində hər hansı xəsarət əlaməti aşkar olunmadığından bədəni üzərində tibbi ekspertizanın keçirilməsinə zərurət yoxdur”, - İstintaq və Təhqiqat İdarəsi belə qənaətə gəlib.

İdarə sənədlərin surətlərinin jurnalistin müdafiəçilərinə təqdim edilməsinə də zərurət görməyib.

Vəkil E.Sadıqov qərarın qanunsuz olduğunu, bundan şikayət verəcəklərini deyib.

Buna da bax:​ Vəkil: 'Gürcüstan Muxtarlı ailəsinə 'qurban' statusu verməlidir'

XATIRLATMA

Jurnalist Ə.Muxtarlının mayın 29-da saxlanıb. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Jurnalistin üzərindən 10 min avro pul tapıldığı iddia olunur. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq Əfqan Muxtarlı məhkəmədə bu iddiaları yalanlayıb. O deyib ki, Tbilisidə saxlanıb, tutulanda işgəncəyə məruz qalıb və sərhədə isə cibinə zorla 12 min avro qoyulub.

Buna da bax:​ Prokurorluğun siyahıya saldığı yazılar [siyahı] [video]

Ə. Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

XS
SM
MD
LG