Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:55

XİN-in keçmiş vəzifəlilərinə 7 il həbs istənildi


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyinin iki sabiq vəzifəlisi, göyərti satan, taksi sürücüsü və başqa onlarla adamın adına yaradılmış şirkətlər vasitəsilə 2.5 milyonluq yeyintidə suçlanan şəxslərlə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Söhbət İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və bu idarənin tabeliyindəki Təsərrüfat şöbəsinin müdiri olmuş Səlim Əlizadədən gedir.

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror deyib ki, aylardır davam edən məhkəmə istintaqı zamanı Əlizadə və Mollazadəyə verilən ittihamlar sübuta yetirilib. Onlar CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə cəzalandırılmalıdır. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin prokuror təklif edib ki, hər iki şəxsin yaşı, yeyinti nəticəsində dəymiş ziyanın ödənilməsi və s. hallar nəzərə alınaraq, onlara münasibətdə CM-in 62-ci (nəzərdə tutulan cəzanın aşağı həddindən daha az cəza verilməsi) maddəsi tətbiq olunsun. Dövlət ittihamçısı hazırda ev dustaqlığında olan Mollazadə və Əlizadənin məhkəmə zalından həbs olunmasını və hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Dekabrın 22-də keçiriləcək növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək, XİN-in keçmiş məmurları son sözlərini deyəcək. Ardınca hökm elan ediləcək.

Xatırlatma

Təqsirləndirilən Fərhad Mollazadə XİN-in İşlər İdarəsinə rəhbərlik etməklə yanaşı, həm də Tender Komissiyasının sədri olub.

DTX əməkdaşlarının 2020-ci il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mollazadə və Əlizadə nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə ittiham edilir. Onlara qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar özlərini qismən təqsirli bilirlər. Hələlik məhkəmədə dindirilməyiblər. Bildiriblər ki, şahidlər dindiriləndən sonra ifadə verəcəklər.

Təqsirləndirilən sabiq məmurlar istintaq zamanı 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 minini Mollazadə, 25 min manatını isə Əlizadə ödəyib.

XS
SM
MD
LG