Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:32

Əfqan Muxtarlı işi Gürcüstanda gündəmdən düşmür


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Əfqan Muxtarlı işi Gürcüstanda gündəmdən düşmür

Avropa Birliyi missiyasının rəhbəri və Gürcüstanın keçmiş müdafiə naziri Ə. Muxtarlının həbsi ilə bağlı fikirlərini bildiriblər.

"Biz baş verənlərlə bağlı narahatlığımızı bildiririk, prosesi diqqətlə izləyirik və inanırıq ki, araşdırma sona çatdırılacaq".

Azərbaycanlı jurnalist Əfqan Muxtarlının olayını şərh edərkən Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Yanoş Herman belə deyib.

O, Avropa Birliyinin olayla bağlı bütün narahatlıqları bölüşdüyünü ifadə edib.

"İnsan hüquqları müdafiəçiləri və jurnalistlərin azərbaycanlı jurnalistlə bağlı ifadə etdikləri narahatlığa qoşuluram", deyə Herman qeyd edib.

Əfqan Muxtarlı olayı gürcü siyasilərinin də gündəmində qalmaqdadır

Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidasheli hökumətin olayla bağlı açıqlamalarını şübhə altına alıb. O, hesab edir ki, Gürcüstan hökumətinin Muxtarlının işi haqqında bəyanatları "qətiyyən inandırıcı deyil".

"Mümkün deyil ki, ölkənin demokratiya iddiaları olsun və onun ərazisində insan oğurlansın, sonra vaxtilə siyasi təhlükə ilə əlaqədar qaçdığı ölkəyə aparılsın. Buna görə hökumət artıq, dəlilləri dərc etməli, bu şəxsin yerdəyişməsi haqqında videomaterial yaymalıdır. Hakimiyyətin bunda iştirak etməsi haqqında variant dəhşətdir.Xüsusi əməliyyatı başqa ölkənin həyata keçirməsi variantı isə daha böyük miqyaslı dəhşətdir. Bu ölkənin əhalisi nə baş verdiyini bilməlidir və bunu edənlərin məsuliyyəti məsələsi qaldırılmalıdır", deyə Tina Xidaşeli bildirib.

Gürcüstanın daxili işlər naziri və digər rəsmiləri jurnalist Əfqan Qafarlının saxlanması və Azərbaycana aparılmasında iştirak etmələri haqda deyilənləri təkzib ediblər.

Buna da bax: "Gürcü fəallar Əfqan Muxtarlıya görə hökumətdən hesabat tələb edirlər".

Xatırlama

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.


XS
SM
MD
LG