Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:19

'Həbsim Gürcüstan hökumətinə də sərf edirdi'- Əfqan Muxtarlı


Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu

«Mənim kriminal keçmişim yoxdur, Gürcüstanda yaşadığım müddətdə Gürcüstan qanunlarını pozmamışam. Tbilisidən oğurlanmışam və qanunsuz olaraq Laqodexi sərhəd-keçid məntəqəsində Azərbaycanın xüsusi-xidmət əməkdaşlarına təhvil verilmişəm».

Hazırda Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının Gürcüstan parlamentinə müraciətində belə yazılıb.

Jurnalist müraciətində iddia edib ki, Azərbaycan prezidenti İlham Əliyevin sifarişi ilə Gürcüstan xüsusi xidmət orqanları onu oğurlayaraq təhvil veriblər:

***Buna da bax-Əfqan Muxtarlıya zəng, kitab və görüş qadağaları

«Oğurlanmağıma səbəb Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin - həyat yoldaşı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevanın Gürcüstanda biznesi ilə bağlı yazdığım araşdırmalar olub».

Jurnalist vurğulayıb ki, rəsmi Tbilisi son zamanlar Azərbaycanın təzyiqləri ilə Gürcüstana pənah gətirən jurnalist və fəallara yaşayış izni verməkdən imtina etməyə başlayıb. Ona və həyat yoldaşı Leyla Mustafayevaya da yaşayış izni verilməyib.

«Rəsmi olaraq Gürcüstan ərazisində təhlükəli fəaliyyətlə məşğul olduğumuzu bildirdilər. Mən oğurlanandan sonra səkkiz ay əvvəl «təhlükəli fəaliyyətdə» ittiham olunan həyat yoldaşıma Gürcüstanın baş naziri Giorgi Kvirikashvili vətəndaşlıq təklif edib», - jurnalist yazıb.

Əfqan Muxtarlı həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

«TƏNQİDLƏRİM GÜRCÜSTAN HÖKUMƏTİNİ DƏ NARAHAT EDİRDİ»

Ə.Muxtarlı hər zaman tənqidçi jurnalistika ilə məşğul olduğunu, Gürcüstan hakimiyyətini, parlament çoxluğuna malik «Gürcü Arzusu» Partiyasını tənqid etdiyini qeyd edib.

«Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat edirdi. Saxlanmağım və qanunsuz olaraq təhvil verilməyim Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım».

Buna da bax - Əfqan Muxtarlıya 110 manat cərimə kəsilib

Ə.Muxtarlı həbsini əksər beynəlxalq qurumların qınamasından da bəhs edib.

«Prezident Giorgi Margvelashvili mənim oğurlanmağımın Gürcüstanın dövlətçiliyini və suverenliyini təhlükə altına saldığını bildirib», - yazan jurnalist Gürcüstanda onunla bağlı cinayət işi açıldığını, ancaq istintaqdan narazı olduğunu vurğulayıb.

Ə.Muxtarlı əminliklə bildirib ki, Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanları onun oğurlanmasını əvvəlcədən planlaşdırıblar. O vurğulayıb ki, onun saxlanması ilə bağlı müşahidə kameralarının görüntülərinə müdaxilə edilib.

Müraciətin sonunda Ə.Muxtarlı deputatları onun işinin ədalətli araşdırılmasından ötrü komissiya yaratmağa səsləyib.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

XS
SM
MD
LG