Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

Ötən il Azərbaycan əhalisi 9 milyard dollar satın alıb


Dollar
Dollar

-

Ötən il – 2015-ci ildə banklar əhaliyə 8 milyard 800 milyon ABŞ dolları satıb. Bu, 2014-cü illə müqayisədə 47.4 faiz çoxdur. Nağd xarici valyuta satışı barədə həmin məlumat «Mərkəzi Bankın (MB) Pul Siyasəti İcmalı»nda əksini tapıb.

Maraqlı bir detal da odur ki, ötən il vətəndaşlara satılan ABŞ dollarının yarısı, avronunsa 29 faizi 1-ci rübə təsadüf edib.

NEFTDƏN ASILI MƏZƏNNƏ

Sənəddə bildirilir ki, fevral devalvasiyasının ardından valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə uyğunlaşırmış. Ancaq iyulun sonlarından başlayaraq neftin kəskin ucuzlaşması valyuta bazarına basqıları yenidən şiddətləndirmiş, manatın dəyərsizləşmə gözləntilərini yüksəldibmiş.

Ötən il MB-nin xalis valyuta satışları 8.4 milyard dollar olub. İlboyu manatla müqayisədəABŞ dolları 98.8 faiz, avro isə 79 faiz bahalaşıb.

VALYUTA EHTİYATLARI 26 AYLIQ MAL VƏ XİDMƏT İDXALINA KİFAYƏT EDİB

MB-nin icmalında qeyd olunur ki, 2015-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. Strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5.2 dəfə üstələyib.

«Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam edib», - sənəddə belə deyilir.

XS
SM
MD
LG