Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:53

SOCAR və panamalı tərəfdaşı ziyanda


-

SOCAR-ın Panamadan olan tərəfdaşı ilə qurduğu “Ekol Muhəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti ziyanla işlədiyi bildirilir.

Şirkətin yeni açıqlanan illik maliyyə hesabatına görə, “Ekol Muhəndislik Xidmətləri” son bir ildə 1.4 milyon ziyana düşüb.

Ancaq bu göstərici şirkətin 2014-cü ildəki ziyanından xeyli aşağıdır. Hesabatda bildirilir ki, şirkətin son ildəki ziyanı 2014-cü illə müqayisədə 37 faiz azalıb.

Hesabata görə, 2015-ci ildə şirkətin Azərbaycan ərazisində ekoloji xidmətlər üzrə gəlirləri 9,4 milyon manat olub. Bu, əvvəlki ildəkindən 23 faiz azdır.

İl ərzində əməliyyat itkiləri 3 milyon manata çatıb. Amma şirkətin mənfəətində 1,5 milyon manat iştirak payı hesabına konsolidə edilmiş ziyan yarıbayarı azalıb.

2014-2015-ci illərdə şirkətin bölünməmiş mənfəətinin 11,2 milyondan 7,5 milyona düşdüyü bildirilir.

“Ekol Muhəndislik Xidmətləri” 2006-cı ildə təsis edilib. Səhmdarları SOCAR (51 faiz) və Panamanın “Lancer Services S.A” (49 faiz) şirkətləridir.

Turan İnformasiya Agentliyi bildirir ki, “Lancer Services S.A”-nın təsisçiləri barədə ictimaiyyətə məlumat verilmir. Bu barədə şirkətin saytında heç nə deyilmir. “Ekol Muhəndislik Xidmətləri”nın yalnız Azərbaycanda işlədiyi bildirilir

Şirkətin Panama registrində də onlar barədə məlumat olmadığı qeyd edilir

Bu yaxınlarda araşdırmaçı jurnalistlərin beynəlxalq şəbəkəsi səs-küylü “Panama Papers ” adı ilə Panamadakı ofşor şirkətlər barədə sənədlər açıqlayıb.

Hələlik, “Lancer Services S.A”-nın adı açıqlanmış sənədlərdə də çəkilmir.

Əslində SOCAR-ın özünün də ötən ili ziyanla başa vurduğu qeyd edilir. Bu günlər şirkət rəsmiləri etiraf etmişdilər ki, onların borcu 6 milyard dollardan çoxdur.

XS
SM
MD
LG