Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:39

Emin Millinin qaynının işində bəzi sənədlər yoxdur


►20 dəqiqəyə ekspertiza qərarı?

Meydan TV-nin direktoru Emin Millinin həbsdə olan qaynı Nazim Ağabəyovun işi üzrə materiallar arasında olmalı bir sıra sənədlər yoxdur.

Nazim Ağabəyovun vəkili Adil İsmayılov ötən məhkəmə iclasında narkoloji ekspertiza keçirilməsi üçün müvəkkilinin aparılıb-gətirilməsi barədə aktın, həmçinin ekspertiza rəyinə əlavə edilməli olan spektoqramın (narkotik vasitələrin tərkibi barədə) surətlərinin məhkəməyə təqdim olunmasını istəmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev də bununla əlaqədar müvafiq orqana sorğu göndərmişdi.

EKSPERTİZA RƏYİNDƏ ZİDDİYYƏTLƏR

Fevralın 15-də keçirilən məhkəmə iclasında hakim sorğuya verilən cavabı elan edib.

Məhkəmə Ekspertizası Mərkəzindən göndərilən cavabda bildirilir ki, spektoqramlar yalnız kompüter vasitəsilə tədqiq olunub və çap edilməyib, elektron variantı da yaddaşda saxlanılmayıb.

Vəkil Adil İsmayılov bu cavabdan narazı qalıb:

"Son dövrlərdə mənim rast gəldiyim cinayət işlərinin hamısında spektoqramlar var. Müəmmalıdır ki, niyə bu işin içində yoxdur? Məhkəmə sorğusuna cavab olaraq, videogörüntüləri də verməkdən imtina etdilər. Bu tip işlərlə bağlı belə fikir yaranıb ki, onsuz da məhkəməyə nə göndərsək, o da keçəcək".

Adil İsmayılov
Adil İsmayılov

Adil İsmayılov qeyd edib ki, Nazim Ağabəyovdan götürüldüyü iddia olunan narkotik üzrə ekspertiza rəyində çoxsaylı ziddiyyətlər var. Vəkil ona görə də rəy vermiş ekspert Aybəyniz Hüseynovanın məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Müdafiəçinin məhkəmədə dindirilməsini istədiyi digər şəxs isə Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısı Şövqi Əhmədov idi. Adil İsmayılov bildirib ki, adıçəkilən təhqiqatçı tərəfindən çoxsaylı qanun pozuntularına yol verilib və o, məhkəmədə ifadə verib, bunlara aydınlıq gətirməlidir.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

20 DƏQİQƏYƏ EKSPERTİZA QƏRARI VERİLİB?

Adil İsmayılov həmçinin Nazim Ağabəyova dövlət hesabına təyin olunmuş vəkilin nə vaxt gəlib-getdiyini, narkotikin ekspertizaya nə vaxt aparıldığını müəyyənləşdirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə giriş-çıxışlarla bağlı qeydiyyat kitabının alınması haqda vəsatət qaldırıb:

"Rəydə yazılıb ki, ekspertiza saat 16.00-da başlayıb, 19.20-də başa çatdı. Təhqiqatçı isə yazır ki, narkotik Ağabəyovdan 15.40-da götürüldü. Axı bu narkotik götürüləndən sonra əvvəlcə ekspertiza keçirilməsi barədə qərar alınmalıdır, sonra o, ekspertizaya aparılmalıdır. Bu, cəmi 20 dəqiqənin içində necə ola bilər?!"

Məhkəmə bu vəsatətlərdən yalnız ekspert Aybəniz Hüseynovanın dindirilməsinə razılıq verib. Digər vəsatətlər isə təmin olunmayıb.

Məhkəmə prosesi fevralın 19-da davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olmasıylı əlaqələndirir.

Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG