Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:03

Elçin Qasımov: 'Seyid olduğunu nəzərə alıb çox üstünə getmirəm...'


Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov
Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov

"Pərviz İbayev (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini) dedi ki, ‘əgər silah məsələsini boynuna götürməsən, atanı tutacağıq’. Hətta misal da çəkib dedi ki, ‘görürsən də neçə nəfər atası ilə birlikdə həbs olunub... Başqa yolu yoxdur’", – Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov evlərindən silah-sursat tapılması haqda ittihama münasibət bildirərkən belə deyib.

Buna da bax:​ Tale Bağırzadə tərəfdarları ilə görüşə bilmədi

“ONLAR QADAĞAN OLUNMUŞ KİTABLAR DEYİL”

Elçin Qasımov və Nardaran hadisələrindən sonra həbs olunub ağır maddələrlə suçlanan daha 11 nəfərin mühakiməsi altı aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

İyunun 9-da keçirilən məhkəmədə Sabunçu rayonu, 14-cü polis bölməsinin əməkdaşı Qurban Bəylərov dindirilib. Elçin Qasımovun yaşadığı mənzildə axtarışda iştirak etdiyini deyən polisin iddiasına görə, qonaq otağından dini ədəbiyyat, yataq otağından isə tapança və qumbara tapılıb.

Elçin Qasımov isə bildirib ki, polis yalan danışır: "Seyid olduğunu nəzərə alıb çox üstünə getmirəm, amma yalan danışırsan. Hamı bilir ki, bizim evdə silah olmayıb. 2015-ci il noyabrın 5-də məni həbs edib, 30 sutka vermişdilər. Dekabrın 3-də isə barəmdə cinayət işi başlayıb, həbs-qətimkan tədbiri seçdilər. Həbsdə olanda ANS-də eşitdim ki, evimizdə axtarış aparılıb və kitablar tapılıb. Həmin kitablarla bağlı ekspert rəyi var, onlar qadağan olunmuş kitablar deyil. Silahlara gəlincə, guya uşaqlarımın yatdığı çarpayının altından tapança, qumbara çıxıb. Heç kim uşağının yatdığı çarpayının altına qumbara qoymaz".

Buna da bax: Nardaran məhbusu istintaq zamanı şalvarının çıxarıldığını deyir

“ZƏNG ELƏYİB SORUŞDU Kİ, SİLAHI HARDAN TAPIBLAR?”

Silah məsələsi ilə əlaqədar ifadəni imzalamaq üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlərə məruz qalmasından danışan ilahiyyatçı konkret adlar da çəkib: "Bandotdel"də istintaqın rəhbəri Pərviz İbayev, müstəntiq Emzar Qocayev və vəkil Elnur Nəbiyev silahla bağlı bizə çox əziyyət etdilər. İşgəncə verdilər ki, silahları bizə Taleh Bağırzadənin verdiyini, hakimiyyət çevrilişi etmək istədiyimizi deyək. Lakin biz imtina etdik. Emzar Qocayev mənim yanımda kiməsə zəng eləyib soruşdu ki, silahı haradan tapıblar? Həmin adam da dedi ki, uşaqların çarpayısının altından. Emzar Qocayev ağladı. Dedi ki, mən bunu necə yazım? Pərviz İbayev dedi ki, ‘əgər boynuna götürməsən, atanı tutacağıq. Görürsən də neçə nəfər atası ilə birlikdə həbs edilib... Başqa cür mümkün deyil’. Emzar Qocayev dedi ki, ‘mənim də ailəm, uşaqlarım var, məni başa düş, belə eləməsək, işdən çıxararlar. Mən sənə qardaş kimi deyirəm’. Bundan sonra onların dediyi formada ifadəni imzaladım ki, guya qumbara və tapançanı zibillikdən tapmışam".

Elçin Qasımovun atası da zalda məhkəməni izləyənlər arasında idi. Oğlunun çıxışından sonra o, hakimlərə müraciət edərək deyib ki, axtarış zamanı şəxsən onun gözünün önündə qumbara və tapançanı polislər nəvəsinin çarpayısının altına qoyub, sonra da götürüblər.

Buna da bax:​ Taleh Bağırovun adsız oğlu

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin dörd nəfər əməkdaşı dindirilib. Onlar Elçin Qasımovun həbsindən sonra adamların Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşması, orada yaranmış qarşıdurma haqda ifadə veriblər.

Məhkəmə iyunun 16-da davam edəcək.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ 'Nardaran işi-3': 'Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG