Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:01

Ekspert: 'Manatla qorunan əmanətlərə faiz dərəcəsi 18-ə qaldırılmalıdır'


Manat
Manat

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 2.5 faiz artıraraq, 9.5 faizə çatdırsa da, bu, əmanətlərin sığortalanmasına maksimum faiz həddini (12 faizi) artırmağa əsas vermir. «Report»un xəbərinə görə, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF-in) icraçı direktoru Azad Cavadov belə deyib.

«SIĞORTA FAİZİNİN ARTIRILMASI BAZARIN REAKSİYASINDAN ASILI OLACAQ»

İcraçı direktor bildirib ki, rəhbərlik etdiyi qurum öncə yeni uçot dərəcəsinin bazara təsirinə baxmalıdır: «Sığortalanma faizinin artırılması bazarın reaksiyasından asılı olacaq. AMB qərarından sonra əmanətlərin illik faiz dərəcəsində artım olarsa, o zaman faiz həddinin artırılması qaçılmaz sayılacaq. Əmanətlərin gəlirliliyində gözəçarpan artım olmasa, faizlərin artırılmasına ehtiyac qalmayacaq».

Buna da bax - 'Son deyil, ardı mütləq gələcək'

«UYĞUN DÖVLƏT QURUMLARI İLƏ RAZILAŞDIRILMALIDIR»

A.Cavadov onu da vurğulayıb ki, faizlərin artırılması aidiyyəti dövlət qurumları ilə də razılaşdırılmalıdır: «Sığortalı əmanətlərə görə kompensasiya limiti (30 min manat –red.) aradan qaldırılıb. Son nəticədə, qorunan əmanətlərin həcmi yarımildə 2 milyarddan 4.5 milyard manatadək artıb. Bu təminatı verən dövlətdir və sığortalanma faizinin artırılmasına da dövlət razılıq verməlidir. Çünki faiz artacaqsa, qorunan əmanətlərin məbləği bir qədər də artacaq».

«SON MÜFLİS OLAN 4 BANKDA DA…»

İqtisadçı ekspert Vüqar Bayramov əksini düşünür. Onun fikrincə, AMB-nin uçot dərəcəsini 9.5 faizədək yüksəltməsi qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini daha da aktuallaşdırıb:

«Dollarla cəmi 3, milli valyutada yalnız 12 faizədək divident təklif edən sığortalama banklar müflis olarkən, qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Son müflis olan 4 bankda da ən ciddi problem elə qorunmayan əmanətlərin geri qaytarılması ilə bağlıdır. Həmin əmanətlərin qorunmaması da məhz sığortalanan əmanətlərdə dividentlərə olan limit faizindən qaynaqlanır».

Buna da bax - Əmanətlər ödənərkən, vətəndaşa növbə ən axırda çatır

«BU MANATLA...»

Ekspert bildirir ki, rəsmi uçot dərəcəsi artıq ikirəqəmli həddə yaxınlaşdığından, milli valyutada qorunan əmanətlərə faiz dərəcəsini 18 faizədək artırmağa ehtiyac var: «Bu, manatla yüksəkfaizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına imkan verərdi».

XS
SM
MD
LG