Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:41

Ermənistan Əliyev-Paşinyan görüşündən nə gözləyir?


Eduard Ağacanyan
Eduard Ağacanyan

Azatutyun yazır ki, Əliyev və Paşinyan arasında görüşün ərəfəsində Dağlıq Qarabağdakı vəziyyət gərgin olaraq qalır

AzadlıqRadiosunun Erməni xidməti - Azatutuyunun aprelin 5-də yazdığına görə Ermənistan Milli Məclisi xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçiriləcək görüşün ərəfəsində deyib ki, Yerevan danışıqlar masasına kəskin məsələlər qoyacaq:

“Əlbəttə bu görüşün ərəfəsində yaranmış fon heç də yaxşı deyil və əlbəttə bu danışıqlarda masa üstünə ən ağrılı və kəskin məsələlər qoyulmalı və tərəflər bu iti döngələri hamarlamaqla irəliyə doğru hərəkət etməlidirlər. Bu, açıq desək, asan olmayacaq, amma gözlədiyimiz budur”.

Azatutyun yazır ki, Əliyev və Paşinyan arasında görüşün ərəfəsində Dağlıq Qarabağdakı vəziyyət gərgin olaraq qalır.

Separatçılar və Ermənistan hökuməti Azərbaycan tərəfini 10 noyabr bəyanatını pozmaqda, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan ərazilərə müdaxilədə ittiham edirlər.

Azərbaycan tərəfi bu ittihamları rədd edir və bildirir ki, onun qoşunları ölkənin suveren ərazisində mövqe dəqiqləşdirmələri aparır.

Dağlıq Qarabağda son günlərdə baş vermiş toqquşmalarda erməni tərəfindən 3 hərbçi həlak olub.

“Azərbaycan sülhdə maraqlı deyil”

Azatutyun yazır ki, Bakı Ermənistanın Dağlıq Qarabağın statusunu ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində keçirilən danışıqlarda müəyyənləşdirmək təklifini rədd edir.

Rəsmi Bakı münaqişənin artıq həll olunduğunu və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adında ərazi vahidinin olmadığını bəyan edir.

Azatutyun yazır ki, bundan əvvəl Yerevan Bakının verdiyi beş təklifin onun üçün məqbul olduğunu, lakin təkliflərin natamam olduğunu bildirmişdi.

Ağacanyan bu barədə deyib:

“Təcrübə göstərir ki, Bakı əslində sülhün bərqərar olmasında maraqlı deyil. Bunu Azərbaycan tərəfinin müharibədən sonrakı dövrdə etdikləri də göstərir. Amma Azərbaycan bütün beynəlxalq arenalarda sülhün, yekun və davamlı sülhün tərəfdarı olduğunu bəyan edir”.

Komissya sədri bidlirib ki, Yerevan bəyan etdiyi sülh gündəliyinə sadiq qalır və sabahkı (6 aprel) danışıqlarda da bu istiqamətdə addımlar atmağa çalışacaq.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG