Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:03

Ermənistanda Lapşinin Azərbaycana verilməsini ‘şillə’ hesab edirlər


Yerevanda Belarus səfirliyinin qarşısında aksiya keçirilib
Yerevanda Belarus səfirliyinin qarşısında aksiya keçirilib

Azatutyun saytında dərc olunmuş xəbərdə deyilir ki, fevralın 8-də Belarusun Ermənistandakı səfirliyi qarşısında Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçirilib.

Aksiyanı müxalif Yolk (Çıxış) seçki bloku təşkil etmişdi.

“Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan baş vermiş hadisəni “gizli addımların aşkar nəticəsi” adlandırıb.

“Üzərində “Azərbaycan” yazılmış təyyarədən Lapşini maskalı və silahlı xüsusi təyinatlılar çıxarırlar. Hətta qatilləri də belə gətirmirlər. Bu, Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyana mesaj, onun üzünə şillə deməkdir. Bu şəxsən Serj Sarkisyanın üzünə şillədir. Bu şillələrin birini Əliyev, o birini Lukaşenka çəkib. Biz istəmirik ki, bu, həm də erməni xalqına şillə sayılsın. Biz deyirik: Belarus Respublikasının səfiri Ermənistan Respublikasının ərazisini tərk etməlidir. Ermənistan Respublikasının Minskdəki səfiri Yerevana qayıtmalıdır” – deyib Paşinyan.

Ermənistan müxalifəti bildirib ki, heç qatilləri də Lapşin kimi gətirmirlər
Ermənistan müxalifəti bildirib ki, heç qatilləri də Lapşin kimi gətirmirlər

“Vətəndaş müqaviləsi” müxalifət partiyasının lideri deyib ki, Ermənistanın bütün vətəndaşları, deputatlar və rəsmilər Belarus səfirini boykot etməli, məsələn onunla qəbullarda nümayişkəranə şəkildə salamlaşmamalı və ya ondan açıq şəkildə ölkəni tərk etməsi tələb olunmalıdır.

Paşinyan deyib ki, hətta boykotu da “sivilizasiyalı” etmək lazımdır.

Rusiya öz vətəndaşını müdafiə etmirsə...

Bu aksiyada iştirak edən Respublika partiyasının lideri Aram Sarkisyan deyib ki, o baş verənlərdən iki nəticə çıxarıb.

“Birinci nəticə Belarusa aiddir. Elə təkcə o fakt ki, Belarus öz səfirliyini burda, Qagik Tsarukyanın “bostanının” ayağında açıb, artıq Minskin bizim ölkəmizə münasibətini göstərir. Mənim gəldiyim ikinci nəticə Rusiyaya aiddir. Bütün hallarda Lapşin Rusiyanın vətəndaşıdır. Əgər Rusiya öz vətəndaşının hüquqlarını müdafiə edə bilmirsə, sərhədlərimizi…Ermənistanın və bizim maraqlarımızınecə qoruyacaq? Bu çox ciddi nəticələrdir. Bu nəticələrlə bağlı, hazırkı hakimiyyət, bizim XİN qərarlar qəbul etməlidir” – deyib Aram Sarkisyan.

Öz növbəsində Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan Aleksandr Lapşinin Azərbaycana verilməsini özünün və səfirliyinin təqsiri saymadığını deyib.

Azatutyun radiosu ilə müsahibəsində səfir onu ittiham edənlərə cavab olaraq deyib ki, səfirlik bu halda məsələni Belarus hökumətinin qarşısında qaldırmaqdan başqa heç nə edə bilməzdi.

Rusiya və İsrailin sözü yerə salınıb

Ermənistanın Minskdəki səfiri Armen Xaçatryan deyib ki, o heç nə edə bilməzdi
Ermənistanın Minskdəki səfiri Armen Xaçatryan deyib ki, o heç nə edə bilməzdi

Səfir deyib ki, hətta Rusiya və İsrailin xarici işlər nazirləri bütün səylərinə baxmayaraq blogerin Azərbaycana ekstradisiyasının qarşısını ala bilməyiblər.

“Belə bir vəziyytədə səfir nə edə bilərdi?” – deyib Xaçatryan.

“Telefonda bunları demək istəmirəm, amma siz bu ölkəni yaxşı tanıyırsınız” – deyib Ermənistan səfiri.

Armen Xaçatryan bunu da əlavə edib ki, Lapşinin Azərbaycana verilməsinin mümkün nəticələrini Belarusun müvafiq orqanlarının nəzərinə çatdırıb.

O bir neçə il bundan əvvəl “erməni zabitini qəddarcasına qətlə yetirmiş şəxsin” Macarıstandan Azərbaycana verilməsini və sonradan bu adamın qəhrəmanlaşdırılmasını yada salıb.

Bununla belə Xaçatryan səfirin Minskdən geri çağrılmasını və bu kimi demarş addımların atılmasını məqsədəuyğun saymır.

“Biz diplomatik əlaqələrimizi saxlamalıyıq, çünki bir neçə beynəlxalq təşkilatlarda birlikdə fəaliyyət göstəririk” – deyib Ermənistan səfiri.

XS
SM
MD
LG