Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:33

Ermənistanda azərbaycanlı hərbçiyə 20 il iş kəsildi


Hüseyn Axundovun saxlanması
Hüseyn Axundovun saxlanması

Bugün, iyunun 21-də Qafan şəhərinin məhkəməsi Azərbaycanın hərbi qulluqçusu Hüseyn Axundovu 20 il azadlıqdan məhrum edən hökm verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, məhkəmə Axundovu Zəngəzur mis-molibden kombinatının mühafizəçisi – 56 yaşlı Ayrapet Meliksetyanın qətlində təqsirli bilib.

Meliksetyanın ailəsi bildirib ki, bu hökmü kafi saymır və müttəhim azərbaycanlı ömürlük həbs cəzasına məhkum edilməli idi.

Azatutyun xatırladır ki, aprelin əvvəllərində Axundov və daha bir azərbaycanlı əsgər – Aqşin Bəbirov Naxçıvan tərəfdən sərhədi keçərək Ermənistanın Syunik vilayətinin ərazisinə düşüblər.

Hər iki azərbaycanlı yerli sakinlər tərəfindən saxlanaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bundan əvvəl məhkəmə Bəbirovu sərhədin qanunsuz keçilməsinə, dövlət sərhədindən odlu silah və sursatın keçirilməsinə görə 11 il müddətinə azadlıqdan məhrum edib.

Axundov isə eyni ittihamlardan başqa həm də qətldə ittiham olunur.

İttihamnamə

İttihamnaməyə görə o aprelin 12-də Qafanın Şqarşik məhəlləsinə gəlib və burada mis-molibden kombinatının mühafizəçisini qətlə yetirib.

Bundan sonra o Ermənistan sərhədini keçərək İrana getmək istəyib. İttihamnaməyə görə o bundan əvvəl Meliksetyanın telefonunu oğurlayıb və onun kombinatın həyətindəki maşınını işə salmaq istəyib.

İttihamnamədə deyilir ki, eyni zamanda Axundov Facebook vasitəsilə birbaşa bağlantıda “erməni qanı axıtması və beş-altı yüz ermənini öldürməsi” ilə lovğalanıb.

Azərbaycanlı hərbçi Qafanda keçirilən ilk dinləmədə təqsirini etiraf edib. Rəsmi Bakı isə bildirir ki, hərbçilər pis havada azaraq Ermənistan ərazisinə düşüblər.

Xankəndidə çörək və şəkər problemi yarandı: Qarabağdakı ermənilər öz liderlərini ittiham edirlər
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Dəyiş-düyüş ola bilər

Azatutyun yazır ki, mayın sonlarında Qafan rayonunun Şixaox kəndi yaxınlığında mövqelərə aparan yolda Ermənistanın iki hərbi qulluqçusu oğurlanıb.

Ermənistan hüquq-mühafizə orqanları əsgərlərin Ermənistan ərazisindən Azərbaycanın silahlı qruplaşması tərəfindən oğurlandığını bildirir.

Ermənistan insan haqları müdafiəçiləri deyirlər ki, Azərbaycan həmin iki hərbi qulluqçunu Bəbirov və Axundovla dəyişdirilmək üçün oğurlayıb.

Azatutyun yazır ki, hazırda Azərbaycan həbsxanalarında 35 erməni hərbi əsir var.

Ermənistan prokurorluğu məhkəmə araşdırmasından sonra iki azərbaycanlının dəyişdirilməsini istisna etmədiyini bildirib.

Azərbaycanda iki erməni hərbçinin işi

Bu arada Azərbaycanın Baş Prokurorluğu “erməni diversiya qrupu” ilə bağlı işi Ağır Cinayətlər Məhkəməsinə təqdim edib.

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, sözü gedən hərbçilər Arutyun OvagimyanKaren Qazaryandır.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə bu iki hərbi qulluqçu odlu silahların qaçaqmalçılığı, terrorizm və milli, irqi, sosial və dini ixtilafın qızışdırılmasında və Azərbaycan sərhədinin qanunsuz keçilməsində ittiham olunur.

Arutyun Ovagimyan və Karen Qazaryan mayın 26-da itkin düşüblər. Onlar həmin gün hərbi bazalara ərzaq və su daşıyırdılar.

Ermənistan tərəfi bu iki hərbçinin Azərbaycan silahlı qruplaşması tərəfindən oğurlandığını bildirir.

Yerevanda hesab edirlər ki, iki erməni hərbi qulluqçu Azərbaycan tərəfindən bundan əvvəl həbs edilmiş iki azərbaycanlı əsgərin dəyişdirilməsi məqsədilə oğurlanıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG