Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:36

FHN-dəki gizli görüntülərlə bağlı polkovnikə qarşı 192 minlik iddia


Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.
Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb. Həbsdə olan polkovnikin işi üzrə zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 192 min manat tələb edir. Bu barədə zərərçəkmişin vəkili fevralın 15-də məhkəmədə mülki iddia qaldırıb.

Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.

Deyir, görüntüləri yaymaq niyyəti olmayıb

43-yaşlı Mirzəyev özünü qismən təqsirli bilir. O, qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib. O, gizli çəkilişləri ünsiyyətdə olduğu qadınların sonradan onu şantaj edəcəkləri ehtimalı ilə "ehtiyat" tədbiri kimi izah edib. Deyib ki, kompüterində olan həmin görüntüləri qətiyyən yaymaq niyyəti olmayıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, nazirlik də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

Mirzəyev onunla bağlı aparılan istintaqdan narazı qalıb. Hesab edir ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib. Məhkəmə prosesinin əvvəlində vəkili məhkəmədə vəsatət qaldırmışdı ki, cinayət işi təkrar araşdırma üçün istintaqa geri qaytarılsın. Lakin vəsatət təmin olunmamışdı.

Proses qapalı keçirilir

Mirzəyevin məhkəməsində şəxsi həyatla bağlı məqamların olduğu əsas gətirilərək proses qapalı keçirilir. Hərçənd, zərərçəkmişlərdən biri məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi.

Sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-nin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.

XS
SM
MD
LG