Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:18

Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?


Füzuli Hüseynov. İyul 2017
Füzuli Hüseynov. İyul 2017

“Füzuli Hüseynovun ruhi-əsəb dispanserinə aparılması ondan qisas almaq cəhdidir. O, inzibati qaydada həbs edildikdən sonra da aclıq aksiyası keçirirdi və bu, hakimiyyəti narahat edirdi”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiya üzvü, təkadamlıq etiraz aksiyaları keçirən Füzuli Hüseynovun ruhi-əsəb dispanserinə aparılmasını bu cür dəyərləndirir.

Füzuli Hüseynov bu ayın əvvəlində, Milli Şuranın etiraz aksiyası ərəfəsində 10 sutkadan 30 sutkayadək inzibati həbs cəzası alan 6 AXCP üzvündən biridir. O, həbsdə quru aclıq aksiyası keçirirdi. Vəkili Əsabəli Mustafayevin sözlərinə görə, oktyabrın 13-də siyasi fəal saxlanıldığı Binəqədi Müvəqqəti Təcridxanasından Maştağadakı 1 saylı ruhi-əsəb dispanserinə aparılıb.

Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

“Niyyət budur, hələlik, alınmır”

Hüseyn Paşayev: “Nə sizin, nə də mənim əlimdə fakt var ki, həmin adam sağlamdır. Bəlkə də həkim ona bir diaqnoz qoyub qaytarıb?”

Vəkili F. Hüseynovun bir gün sonra orada müayinədən keçirildiyini, cəbhəçidə hər hansı psixi pozuntu aşkarlanmadığını, onun təcridxanaya qaytarıldığını bildirib.

Əli Kərimli: "Füzuli Hüseynovun ruhi-əsəb dispanserinə aparılması ondan qisas almaq cəhdidir..."
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli yada salır ki, siyasi fəalların ruhi-əsəb dispanserinə aparılması Azərbaycanda ilk belə praktika deyil. O, bir neçə il öncə AXCP üzvü Ələsgər Həkimin də ruhi-əsəb dispanserinə aparılmasından danışır: “Hakimiyyət partiyanın Naxçıvandakı fəallarından biri, tanınmış cərrah, uzun illərin həkimi Ələsgər Həkimi də ruhi xəstəxanaya yerləşdirmişdi. İctimai qınaqlardan sonra onu oradan çıxardılar. Bunların hər zaman ürəyindən keçir ki, sovet hakimiyyətinin, “KQB”-nin dissidentlərə tətbiq etdiyini Azərbaycanda gerçəkləşdirsinlər. Hələlik, bu alınmır. Amma niyyət budur”.

Buna da bax:​ Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

Əli Kərimlinin qənaətincə, cəmiyyət tərəfindən ciddi dəstək olmasa, siyasi hakimiyyət indi həbs etdiyi siyasi fəalları gələcəkdə ruhi-əsəb dispanserinə yerləşdirə bilər.

Əli Kərimli: “Sovet “KQB”-sinin dissidentlərə tətbiq etdiyini bunlar da Azərbaycanda gerçəkləşdirsinlər”

Bu fikri davam etdirən Milli Şuranın koordinasiya mərkəzinin üzvü, keçmiş deputat İbrahim İbrahimli sovet dönəmində “böyük əksəriyyətdən fərqlənən, öz sözünü deyən şəxslərin ruhi-əsəb dispanserlərinə salınmaqla sıradan çıxarıldıqlarını” qeyd edir.

İbrahim İbrahimli: "Son dövrlərdə bu metodlardan istifadəyə cəhd göstərilir"
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00
Direct-ə keçid

İbrahim İbrahimli
İbrahim İbrahimli

“Hakimiyyət Füzuli bəyi geri gətirməyə məcbur qaldı”

Onun sözlərinə görə, Milli Şuranın son iki mitinqindən sonra növbəti etiraz aksiyalarının kütləviləşməsindən narahat olan hakimiyyət xalqı “qorxu içində saxlamaqla siyasi proseslərdən, ləyaqətli cəmiyyət uğrunda mübarizədən yayındırmağa çalışır”.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

“Son dövrlərdə, xüsusən də Qərbə, beynəlxalq təşkilatlara qarşı kəskin təbliğatın aparıldığı dövrdə bu metodlardan istifadəyə cəhd göstərilir. Müstəqil saytlar bloklandığından hakimiyyətdə belə təəssürat yaranır ki, guya bu cür addımlar atdıqda onun geniş auditoriyaya çıxışının qarşısını ala biləcək. Ancaq bu gün sosial şəbəkələr o qədər inkişaf edib ki, hakimiyyət ora müdaxilə edə bilmir. Füzuli bəy də təcridxanadan çıxarılıb dispanserə aparılıb qaytarılana qədər sosial şəbəkələrdə yetərincə ciddi etiraz dalğası yaşandı. Hakimiyyət bu etiraz dalğasının müqabilində Füzuli bəyi geri gətirməyə məcbur qaldı”, – İbrahim İbrahimli deyir.

Rövşən Rzayev: “Mən bilmirəm, o kimdir, nəçidir, nədən ötrü həbs edilib, nə baş verib..."
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid

İbrahim İbrahimli::"Hakimiyyət bu etiraz dalğasının müqabilində Füzuli bəyi geri gətirməyə məcbur qaldı”,

Deputat: “Mən inanmıram ki, Azərbaycan hökuməti geriyə addım atsın”

“Mən inanmıram ki, Azərbaycan hökuməti geriyə addım atsın. Bu, təbii ki, qərəzli mövqedir”, – deputat Rövşən Rzayev hakimiyyətin sovet dönəminin mübarizə üsullarından yararlanması barədə müxalifətin iddialarına cavabında belə söyləyir.

Azerbaijan -- Rovshan Rzayev
Azerbaijan -- Rovshan Rzayev

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Düzdür, deputat baş verənlərdən xəbərsiz olduğunu bildirir: “Mən bilmirəm, o kimdir, nəçidir, nədən ötrü həbs edilib, nə baş verib. Amma Azərbaycan hökuməti heç bir zaman elə addımlar atmayıb, bundan sonra da atmayacaq. Sadəcə, qarşı tərəf onu istədiyi şəkildə şişirdə bilir, danışa bilir, lazımsız yerdə səsləndirə bilir, əsl həqiqət isə başqa cürdür”.

YAP: “Nə sizin, nə də mənim əlimdə fakt var”

Rövşən Rzayev: "Azərbaycan hökuməti heç bir zaman elə addımlar atmayıb, bundan sonra da atmayacaq".

Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Əli Kərimlinin söylədiklərini “ənənəvi, üzü qabar bağlamış köhnə, şablon ittihamlar” adlandırır.

Hüseyn Paşayev: “Onlar hakimiyyətə qarşı ənənəvi ittihamlardan, ənənəvi metodlardan istifadə edirlər və bunun əsası yoxdur"
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

“Onlar hakimiyyətə qarşı ənənəvi ittihamlardan, ənənəvi metodlardan istifadə edirlər və bunun əsası yoxdur. Həmin adamın sağlam olmasına dair nə sizin, nə də mənim əlimdə fakt var. Bəlkə də həkim ona bir diaqnoz qoyub qaytarıb? Nə sizin, nə də bizim əlimizdə deyilənləri təkzib edəcək fakt yoxdur. Nə siz həkimsiniz, nə də mən. Ona görə özünü müxalifətçi adlandıran şəxs haqda fikir söyləyə bilmərik”, – YAP-ın sözçüsü bildirir.

Buna da bax: E.Sabiroğlu: 'Oğlumu sındırmaq istəsələr də...'

Hüseyn Paşayev: "Onlar hakimiyyətə qarşı ənənəvi ittihamlardan, ənənəvi metodlardan istifadə edirlər və bunun əsası yoxdur".

Son vaxtlar beynəlxalq insan haqları müdafiəçiləri postsovet ölkələrində cəzalandırıcı psixiatriyanın yenidən baş qaldırmasından narahatlıqlarını dilə gətirirlər. Psixiatriya üzrə Qlobal Təşəbbüs Federasiyasının son hesabatında bildirilir ki, 2012-ci ildən 2017-ci ilin aprelinədək 30 belə hal qeydə alınıb. İnsan haqları fəalları və jurnalistlərin 10 ilədək psixiatrik klinikalarda saxlandığı hallar olub. Təhlilçilər real rəqəmin daha yüksək olmasına inanırlar. Bu QHT keçmiş Sovet İttifaqında psixiatriyada insan haqlarına nəzarət edir.

Cəzalandırıcı psixiatriya metodunun keçmiş KGB sədri Yuri Andropov tərəfindən hazırlandığı, 1960-cı illərdə dini və siyasi dissidentlərə, tanınmış yazıçı və aktyorlara qarşı istifadə olunduğu bildirilir. Qurbanlar Kremlə təhlükəli sayılan ideyalardan əl çəkəndən sonra buraxılırdılar.

XS
SM
MD
LG