Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:54

Bakı Yerevanı qadağan olunan silah işlətməkdə suçlayır


Müdafiə Nazirliyinin yaydığı foto
Müdafiə Nazirliyinin yaydığı foto

►“Qoy hamı bilsin ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrinə qadağan edilmiş silahdan atəş açır”

Erməni tərəfi ittihama cavab verib...

Azərbaycanda akkreditə olunmuş bir qrup hərbi attaşe mayın 11-də cəbhə xətti yaxınlığında qadağan olunmuş top mərmisinin düşdüyü yerə baxış keçiriblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Onun deməsinə görə, fakt sənədləşdirilib və materiallar bütün beynəlxalq təşkilatlara göndəriləcək.

“Qoy hamı bilsin ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrinə qadağan edilmiş silahdan atəş açır”, deyə Hacıyev bildirib.

Mayın 11-də xarici işlər və müdafiə nazirlikləri Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfərini təşkil edib. Səfərdə məqsədin qadağan olunmuş mərmini onlara göstərmək olduğu bildirilib .

Mərmi mütəxəssislər tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi: Ermənilərin atdığı və partlamayan fosforlu mərmi məhv edilib
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00



Qadağan olunmuş mərmi

Ermənistan silahlı qüvvələrinin istifadə edildiyi bildirilən hərbi sursatların texniki göstəricilərini Müdafiə Nazirliyinin kimya xidmətinin zabiti Müstəcab Niyarov şərh edib. Onun bildirdiyinə görə, həmin sursatlar mayın 10-da Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunub.

“Partlamamış mərmi beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilən hərbi sursat növünə aiddir. Daxilində 3,6 kiloqram P-4 kimyəvi tərkibli olan D-4 tipli 122 millimetrlik top mərmisidir. Bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnir və zəhərli ağ tüstü buludu yaradır. Həmin tüstü buludu bütün canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyidir. Küləyin sürəti və istiqamətindən asılı olaraq, bu radius daha da arta bilər”.

Ağ fosfordan xəsarət (Arxiv)
Ağ fosfordan xəsarət (Arxiv)

Kimya xidməti zabiti qeyd edib ki, ağ fosfor bərk, mumşəkilli, zəhərli maddədir (onun 0,1 mq-ı insan üçün öldürücü dozadır). Fosfor havada öz-özünə alışır və böyük miqdarda kəskin zəhərli ağ tüstü buraxaraq yanır. Fosforun alışma temperaturu 34 dərəcədir. Yanan zaman isə 900-1200 dərəcəyədək istilik verir.

Bəs Ermənistan nə deyir?

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannesyan öz facebook səhifəsində fosforlu silahdan istifadə edilməsi barədə iddiaların yanlış olduğunu ifadə edib.

Fosforlu silah nədir?

Fosforlu silahlar döyüşlərdə istifadə edilə biləcək ən qorxunc silahlardan sayılır.

Bu silahların döyüş məqsədindən asılı olaraq müxtəlif növləri var. Onlardan bir növü bəlli bir bölgəyə istiqamətləndirilir, düşəcəyi yerdə havadan asılı qalır. Ətrafa sıx duman buraxaraq hava qüvvələri üçün atəş nöqtəsini işarə edir. Silahdan buraxılan dumanı udan canlıların sağ qalma şansı sıfır sayılır.

____________________________________________________________

Bunlara da bax:
Tale Bağırzadə ev dustaqlığına buraxılmadı
Gənc fəalların yeri bilinmir

____________________________________________________________

Silahın digər bir növünün əsas təyinatı sırf canlı qüvvələrin məhvidir. Özəlliyi yerə təmas etmədən öncə açılması, fəzaya fosfor saçması, hava ilə təmas edən fosfor atəşinin düşdüyü yeri yandırmasıdır. Bu silahdan törəyən yanğını köpük və ya su ilə söndürmək mümkün deyil. Fosfor atəşinin təmas etdiyi canlıların sağ qalma ehtimalı yoxdur.

Fosfor silah kimyəvi silah sayılmır. Ancaq kimyəvi təsnifləndirilən silahlar qrupuna aiddir.

Müdafiə Nazirliyinin yaydığı foto
Müdafiə Nazirliyinin yaydığı foto

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Ermənistan qoşunlarının işğal olunmuş rayonlardan çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Amma bu qətnamələr, hələ də, yerinə yetirilmir.

XS
SM
MD
LG