Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:36

Fotoqrafa 30 sutka verildiyi deyilir


Polis və post patrul xidməti maşını, Bakı, arxiv foto
Polis və post patrul xidməti maşını, Bakı, arxiv foto

Fotoqaraf fevralın 4-də bir dəfə saxlansa da sonrada buraxılıbmış

Fevralın 5-də Yasamal Rayon Məhkəməsinin fotoqraf, bloqer Vəli Şükürzadə haqqında 30 sutka inzibati həbs qərarı verdiyi deyilir.

Qeyd olunur ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Vəli Şükürzadə İnzibati Xətalar Məcəlləsinin "xırda xuliqanlıq" və "polisin qanuni əmrinə tabe olmama" maddələri ilə ilə ittiham olunub.

Bu barədə ictimai fəllar məlumat yayıb.

Vəli Şükürzadənin fevralın 4-də axşam saatlarında evinin qarşısında saxlanıldığı barədə məlumat yayılıb. O özü elə həmin gün axşam saatlarında “Turan” Agentliyinə polisə aparıldığını xəbər verib.

Onun dediyinə görə, həmin gün səhər onu polisə çağırıb hansısa polis əməkdaşı haqqında suallar veriblər, sonra isə o sərbəst buraxılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə “Turan”a bildirilmişdi ki, Vəli Şükürzadə saxlanılıb, araşdırma aparılır: "Onun saxlanılmasında hər hansı siyasi səbəb yoxdur".

XS
SM
MD
LG