Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:19

G7 Navalny-nın zəhərlənməsini pisləyib


Aleksei Navalny-nın Almaniya xəstəxanasına gətirilməsi
Aleksei Navalny-nın Almaniya xəstəxanasına gətirilməsi

Rusiya Navalnı məsələsində ‘nəhəng dezinformasiya’nın olduğunu deyir

Moskva Böyük Yeddilik (G7) ölkələrini Kremlin zəhərlənmiş tənqidçisi Aleksey Navalnıya görə sanksiyalara dəstək qazandırmaq üçün “nəhəng dezinformasiya kampaniyası aparmaqda” ittiham edib.

44 yaşlı antikorrupsiya fəalı hazırda Berlində xəstəxanadadır. O, ötən ay Sibirdən Moskvaya gedərkən yolda özünü pis hiss edib. Almaniyada həkimlər onun vaxtilə sovetlərdə hazırlanmış hərbi dərəcəli sinir qazına məruz qaldığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “Rusiyaya qarşı əsassız hücumlar davam edir”, bu arada “Almaniya hakimiyyəti qeyri-konstruktiv yanaşma sərgiləyir”.

Almaniyalı ekspertlər ötən həftə Navalnının Noviçok qrupundan maddəylə zəhərləndiyini bildirib, bundan sonra məsələnin dərhal araşdırılması üçün Rusiyaya beynəlxalq çağırışlar artıb.

Rusiya müxalifətçinin zəhərlənməsi barədə deyilənləri təkzib edir, cinayət işi açılmayacağını bildirir.

***

G7 qrupuna daxil ölkələrin xarici işlər nazirləri rusiyalı müxalifət lideri Aleksei Navalny-nın “artıq təsdiqlənmiş zəhərlənməsini” pisləyiblər və Rusiyanı bu “müdhiş hücumun” arxasında duranların aşkarlanmasına və cəzalandırılmasına çağırırblar.

Sentyabrın 8-də verilmiş bəyanatda deyilir:

"Biz G7 qrupunun üzvləri – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatların xarici işlər nazirləri və Avropa İttifaqının ali komissarı Navalny-nın “artıq təsdiqini tapmış zəhərlənməsini” ən kəskin şəkildə pisləməkdə yekdilik”.

Kreml Aleksei Navalny-nın zəhərlənməsini inkar edir.

Almaniya Birləşmiş Ştatların sədrliyi ilə keçirilən iclasda G7 qrupu nazirlərini Navalny-nın vəziyyəti barədə məlumatlandırıb.

G7 nazirləri bildiriblər ki, onlar Rusiyanın bu zəhərlənmə aktının araşdırılmasına dair çağırışlara necə cavab verməsini izləyəcəklər.

“Bu, Rusiya torpağında baş vermis çox ciddi bir cinayətdir”

Sentyabrın 8-də habelə BMT-nin insan haqları üzrə ali komissarı Michelle Bachelet Rusiyanı Aleksei Navalny-nın zəhərlənməsi ilə bağlı “tam təhqiqat” aparmağa çağırıb.

Bəyanatda bu hadisə “sui-qəsd” cəhdi adlandırılır.

Komissar deyib ki, Almaniya ekspertləri Navalny-nın Noviçok kimyəvi maddəsi ilə zəhərlənməsinə dair “yekdil nəticəyə” gəliblər:

"Sadəcə olaraq onun zəhərləndiyini inkar etməklə iş bitmir. Rusiyanın hazırkı hakimiyyəti bu cinayət üçün kimin məsuliyyət daşıdığını tam araşdırmalıdır. Bu, Rusiya torpağında baş vermis çox ciddi bir cinayətdir”.

Bachelet əlavə edib ki, indiyədək bir çox Rusiya vətəndaşları zəhərləmə ilə sui-qəsd cəhdlərinin hədəfi olublar və bu, son dərəcə narahatedici məqamdır.

Öz vətəndaşlarını zəhərləmək

Almaniyanın Avropa işləri naziri Michael Roth sentyabrın 8-də deyib ki, Berlin Navalny-nın zəhərlənməsinə cavab vermək üçün “ən geniş vasitələri” nəzərdən keçirir.

Almaniya kansleri Angela Merkel deyib ki, Rusiya bu işlə bağlı suallara cavab verə bilər və verməlidir.

Birləşmiş Ştatlarda Konqresin Xarici Əlaqələr Komitəsinin respublikaçı və demokrat üzvləri ABŞ-ı Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi iddialarını araşdırmağa çağırıblar.

Sentyabrın 8-də komitənin sədri Eliot Engel prezident Donald Trump-ı, əgər Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadəsi təsdiqlənərsə, Moskva üzərinə əlavə sanksiyaların qoyulmasına çağırıb.

XS
SM
MD
LG