Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:55

Təlimə çağrılan: "Mülki geyimdə 2 gündü gözləyirik"


Azərbaycan ordusunun təlimi (Arxiv)
Azərbaycan ordusunun təlimi (Arxiv)

-

“NƏ TƏLİM? BİZƏ HEÇ FORMA DA VERMƏYİBLƏR”

Yaşar (ad şərtidir) ikinci gündür ki, hərbi təlimdədir. Amma dediyinə görə, adı təlimdir, gerçəkdəsə heç nə baş vermir.

O, hərbi xidmətdən bu ilin yanvarında qayıdıb. Ancaq sentyabrın 8-də hərbi komissarlıqdan zəng edib, “yarım saatlığa buraya gəlib, sənədlərə qol çəkməlisiniz...” - deyərək çağırıblar. Və artıq ikinci gündür el arasında “Nasosnı” kimi tanınan hərbi hissədə gözləməkdədir. Sözlərinə görə, iki gündür burda olsalar da, onlara heç bir izahat verilməyib. Hərbi təlim də keçirilimir:

"Nə təlim? Heç forma da geyməmişik. Mülki paltardayıq. Deyirlər, forma verilməli, daha sonra hərbi təlim başlanmalıdır. Dünən gətirilsək də, dəqiq heç nə deyilmir..."

“SƏFƏRBƏRLİYƏ ELƏ QƏFİL ÇAĞIRARLAR DA...”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Nurəddin Heydərov gülə-gülə AzadlıqRadiosuna deyir ki, hərbi səfərbərliyə elə qəfil çağırarlar, axı bu, hərbi xidmətə çağırış deyil. Daha sonra mətbuat katibi izahat da verir:

“Hərbi vəzifəlilər ehtiyata buraxılarkən, gəlib bizim yerli şöbələrdə qeydiyyata düşürlər. Elə o zaman onlara bundan sonrakı vəzifələri izah edilir, səfərbərliklə bağlı da məlumat verilir”.

“NARAHATLIĞA ƏSAS YOXDUR”

Hurəddin Heydərov hərbi hissələrə çağırışla bağlı narahatlığa ehtiyac olmadığını bildirir:

“Bunadək bir neçə təlim keçirilib. Yəni xidmət bu işi davamlı həyata keçirib. Ehtiyata buraxılan əsgər və zabitlərin yenidən hərbi hissələrə çağrılması qanunvericilikdə nəzərdə tutulan prosesdir”.

Ancaq öncəki səfərbərliklərdə belə hay-küy və çaşqınlığın yaşanmadığı diqqət çəkir. Sentyabrın 8-dən bəri sosial şəbəkələr və mediada ehtiyatdakı əsgər və zabitlərin başqa adla hərbi təlimlərə çağırışı müzakirə edilir. Hərbi texnikanın hərəkətlənməsi də gözlərdən yayınmır. Bunu həyəcanla “müharibə başlayır” deyə izah edənlər də tapılır.

Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan öz döyüş qabiliyyətini qiymətləndirir.

Nurəddin Heydərov deyir ki, bu dəfə gərginlik, bəlkə də, məlumatsızlıqdan qaynaqlanır: “Sonradan mətbuat daha dolğun məlumatı çatdırmağa başladı. Amma yenə deyirəm, ajiotaja ehtiyac yoxdur”.

Üzeyir Cəfərli
Üzeyir Cəfərli

Rəsmi məlumata görə, ölkə boyunca ehtiyatdakı hərbi vəzifəlilər toplanılır, onlar yenidən təlimlərə qatılır və döyüş şəraiti yoxlanılır. Çağırış Müdafiə Nazirliyinin rəhbərliyi ilə və ali baş komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən aparılır. Bu plana görə, sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş hazırlığını yoxlamaq üçün Komanda Qərargah Hərbi Oyunları keçirilir.

Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, bu, miqyasına görə indiyədək olan ən böyük hərbi təlimdir. Burada 65 min şəxsi heyət, o cümlədən 6 min hərbi vəzifəli şəxs iştirak edir:

“Miqyas böyükdür. İstər 10 gün əvvəl hərbi xidmətdən qayıdanın, istərsə 10 il qabaq ehtiyata buraxılanın səfərbərliyə cəlb olunması adamları təşvişə salıb. Əslindəsə normal prosesdir. İstefaya çıxanadək ehtiyatda olan şəxs hər an səfərbərliyə çağrıla bilər. Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan öz döyüş qabiliyyətini qiymətləndirir.

Mehman Əliyev
Mehman Əliyev

Bunadək ən böyük təlimə 30 min adam cəlb edilmişdisə, indi iki dəfə artıq qüvvə qatılıb. Sadəcə, məlumat azlığına görə ajiotaj yaranıb ki, guya müharibə başlayır...”.

“GÜC NÜMAYİŞİDİR”

Adətən, müharibə ehtimalı gündəmə gələndə həmsədr ölkələrdən biri tərəfləri çağırıb danışır. İndi bu baş vermir. Belə bir təhlükə yoxdur.

“Turan” agentliyinin direktoru Mehman Əliyev bu təlimləri Ermənistana təzyiq kimi qiymətləndirir:

“Bu təzyiq davamlı şəkildə həmişə olub – istər söz, istər hərbi ritorika səviyyələrində, istərsə ayrı-ayrı konfliktlər çərçivəsində. Bu, güc nümayişidir. Dağlıq Qarabağ probleminin həlli çərçivəsində hərbi komponent kimi istifadə edilir. Müharibə ehtimalından danışanlara gəlincə, bunun əsası yoxdur. Nə ABŞ, nə Rusiya, nə başqa tərəf bununla bağlı ciddi həyəcan ifadə edir. Adətən, müharibə ehtimalı gündəmə gələndə həmsədr ölkələrdən biri tərəfləri çağırıb danışır. İndi bu baş vermir. Belə bir təhlükə yoxdur”.

XS
SM
MD
LG