Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:39

Gürcüstan Azərbaycan qazını rus qazına dəyişir?


Azərbaycandan istifadə etmək istəyiblər
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

►"Özü-özlüyündə siyasi məna daşıyan Rusiya qazına hökümət niyə meyl edir?"

Gürcüstanın energetika naziri Kaxa Kaladze təxminən bir həftə əvvəl bildirmişdi ki, Gürcüstan Rusiyadan daha çox təbii qaz almaq niyyətindədir.

Son günlər mediada Gürcüstanın Azərbaycan qazı yerinə Rusiya qazı almaq istəməsi haqda söhbətlər dolaşır və bu, müzakirələrə səbəb olub.

Bəzi yerli media orqanları yazır ki, Gürcüstanın baş naziri İrakli Garibashvilinin Bakıya qəfil səfəri də elə bu məsələyə görədir. O, oktyabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib. Görüşün detalları açıqlanmayıb.

Buna da bax: "Dedilər, istəyirsən kilsə tik, amma məscid olmaz"

“QAZPROM” QAZI NEÇƏYƏ SATIR?

Enerji məsələləri üzrə ekspert İlham Şaban düşünür ki, son zamanlar qaz məsələsində Azərbaycanın adının hallandırılmasının səbəbi var:

“Gürcüstan Azərbaycanın adını hallandırmaqla demək istəyir ki, Rusiya qazının qiymətinin regiondakı qiymətə uyğunlaşdırılması yaxşı olar. Regionda da Azərbaycan qazıdır. “

Kakha Kaladze
Kakha Kaladze

Azərbaycandakı görüşünün detalları açıqlanmasa da, ölkəsinə qayıdandan sonra Qaribashvili hökumətin Azərbaycan qazından Rusiyanın xeyirinə imtina etməsi xəbərini təkzib edib.

“Azərbaycan qazı ilə bağlı heç bir diversifikasiyadan söhbət gedə bilməz. Bu, absurddur”.

Gürcüstanın energetika naziri Kaxa Kaladze AzadlıqRadiosunun gürcü xidmətinə açıqlamasında nazirin sözlərini təkrarlarıb, deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Ancaq kiçik dəqiqləşdirmə də edib:

“Burda söhbət kommersiya qazından gedir. Bilirik ki, kommersiya qazının ticarəti tənzimlənmir: kim hansı qiymətə istəyirsə satır. Biz belə insanlara alternativ mənbələr tapmaları üçün kömək etmək istəyirik. Belə bir tələbat var. Bu gün qaz qiymətləri 1000 kubmetr üçün 190-315 dollar arası dəyişir. Bu çox bahadır, belə qiymət hətta Avropada da yoxdur.”

“Bəs Qazprom qazı neçəyə satır” sualının cavabında isə Kaladze çiyinlərini çəkərək bunu bilmədiyini deyib.

AzadlıqRadiosunun gürcü xidməti yazır ki, Gürcüstanın baş naziri və energetika nazirinin ziddiyyətli bəyanatları Gürcüstan müxalifətində ölkənin Moskva ilə gizli danışıqlar aparması şübhəsini artırıb.

Buna da bax: Köçkünləri bağçadan çıxarırlar

RUS QAZI GÜRCÜSTANA QAYIDIR?

Müxalif “Azad demokratlar”ın lideri İrakli Alasaniya deyir ki, hazırda Gürcüstanın əlavə təbii qaza ehtiyacı yoxdur:

“Özü-özlüyündə siyasi məna daşıyan Rusiya qazına hökümət niyə meyl edir? Bu məsələdə kiminsə şəxsi maraqlarının olması istisna deyil”.

Gürcüstanda "SOCAR Georgia"nın yanacaqdoldurma stansiyası
Gürcüstanda "SOCAR Georgia"nın yanacaqdoldurma stansiyası

Müxalifətçi əmin edir ki, Garibashvilinin Azərbaycana səfərinin tez-tələsik təşkil edilməsi onun səfərinin strateji niyyətli olduğunu göstərir.

Gürcüstanlı politoloq Qiya Xuxashvili hakim partiyanın siyasətini düşünülməmiş və səhv hesab edir:

“Kaladze bunu hamıdan yaxşı bilir. “SOCAR Georgia” devalvasiyaya baxmayaraq öz sosial məsuliyyətini qoruyub saxlayır və əhali üçün qiymətləri qaldırmır, infrastrukturu inkişaf etdirməyə davam edir, xeyriyyəçiliklə məşğul olur. Şirkət öz kəsirini kommersiya sektorundan kompensasiya etməyə çalışır. Hökumət isə deyir: sosial layihələri davam etdir, kommersiya sektorunu isə mən Qazproma verirəm. Bu, ədalətsiz yanaşmadır”

Qiya Xuxaşvili Azərbaycanın cavab olaraq qiymətləri artırmasını istisna etmir. Lakin, politoloqu məsələnin kommersiya tərəfindən çox strateji tərəfi narahat edir. Qiya Xuxashvilinin fikrincə “Qazprom"un Gürcüstana tam qayıtmasına yol vermək olmaz. Çünki Qərb Gürcüstanın Rusiya qazına alternativ enerji daşıyıcılarının təhcizatı üçün dəhliz kimi baxır.

XS
SM
MD
LG