Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:45

Qanun adam bıçaqlayan general oğlu üçün deyil...


►"Belə hal ola bilməz, çünki bu, qanunla qadağandır. Hakim nəyə əsaslanıb belə bir qərar verib? Bilmirəm"

"Törədilən cinayət işinin cəzası adamına görə dəyişir, kasıbdırsa, çox, general oğludursa, az cəza verilir”.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə zalından 3 il şərti azadlıqdan məhrumetmə cəzası ilə azadlığa buraxılıb.

Avqustda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və ona hökm oxunub.

Tamerlan Əsədullayev restoranda bir ofisiantı bıçaqlamaqda günahlandırılırdı, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülmüşdü.

Buna da bax: "Rəhmətlik" maşın bazarından reportaj- [Video]

Sentyabrın 22-də isə aprelin 10-da Bakının “Senator” restoranında baş vermiş münaqişənin kamera qeydləri MeydanTV-də yayıldı. Gün ərzində bu kadrların həqiqiliyini təkzib edən hər hansı rəsmi məlumat yayılmayıb.

Kamera qeydlərində ofisiantın müştəri ilə münaqişədən qaçması, müştərinin isə əlində bıçaq onun ardınca düşməsi görünür.

Buna da bax: Türkiyə vətəndaşları Azərbaycandan çıxarıldı

“30 illik təcrübəmdə görmədim…”

Hüquqşünas Aslan İsmayılov AzadlıqRadiosuna müsahibəsində deyir ki, 30 illik təcrübəsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə şərti cəza verilməsinin şahidi olmayıb:

“Belə hal ola bilməz, çünki bu, qanunla qadağandır. Hakim nəyə əsaslanıb belə bir qərar verib? Bilmirəm, hökmlə tanış deyiləm. Amma bəri başdan deyirəm ki, bu, qanunsuz hökmdür. Bu işdə azı 5 il azadlıqdan məhrumetmə cəzası var”.

Aslan İsmayılovun fikrincə, adam bıçaqlayan Tamerlan Əsədullayevin 3 il şərti cəza ilə azadlığa çıxması atasının yüksək vəzifəsi ilə bağlıdır:

“Hökmə yüksək səviyyədə müdaxilə edilməsi açıq-aşkardır. Əks təqdirdə, heç bir hakim belə bir qanunsuzluğa getməzdi”.

Buna da bax: Mehriban Əliyeva: "Bu işə 10 min könüllü cəlb edəcəyik"

“Bu cəzanı onun atasına görə veriblər”

Şərif Əsədullayev (sanxeber.com)
Şərif Əsədullayev (sanxeber.com)

Hüquqşünas Əyyub Kərimov da belə bir ittihamla şərti də olsa, azadlığa buraxılmanı təəccüblə qarşılayır:

“Cinayət Məcəlləsinin 126-cı maddəsinin (qəsdən sağlamlığa ağır zərər vurma) hansı hissəsini veriblər, bilmirəm. Hətta 126.1- versəydilər belə, orda 3 ildən 8 ilədək həbs cəzası var. Alternativ cəza nəzərdə tutulmayıb. Bu onu göstərir ki, törədilən cinayət işinin də cəzası adamına görə dəyişir, kasıbdırsa, çox, general oğludursa, az cəza verilir”.

Əyyub Kərimov deyir ki, bu olay ölkədə məhkəmə sisteminin olmamasını göstərir:

“Tamerlan Əsədullayevə verilən cəza hüquq müstəvisində deyil, atasına göstərilən hörmət müqabilindədir. Ancaq həm də ədalət mühakiməsini gözdən salan hərəkətdir və bir daha göstərir ki, Azərbaycandan müstəqil məhkəmə sistemi yoxdur, hakimlərin müstəqilliyi kağız üzərindədir”.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən cəzaya münasibət öyrənmək istəsək də, buna məhkəmədən cavab almağımızı istədilər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov gün ərzində prosesdə olduğundan onun fikirlərini öyrənə bilmədik.

“Senator” restoranından da məsələyə münasibət bildirmək istəmədilər.

Buna da bax: İlqar Məmmədova telefon qadağası

Kimlərə hansı cəza verilib

Bəs indiyə kimi 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri üzrə təqsirləndirilənlər nə qədər cəza alıb?

Kiçik bir araşdırma zamanı üzə çıxan məlumatlar:

2012-ci ildə Bakı Apellyasiya Məhkəməsi Bakı şəhər sakini Z.O-nun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Z.O qəsdən sağlamlığa zərər vurmaqda günahlandırılıb və 8 il azadlıqdan məhrum edilib.

2013-cü ildə İsmayıllı hadisələri ilə bağlı olan “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov 9 il 6 ay azadlıqdan məhrum edilib. O da CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb.

Buna da bax: Neft Fondu $432 milyona Yaponiyada bina aldı

«Azadlıq» qəzetinin sabiq baş redaktoru, hazırda mühacirətdə olan Qənimət Zahid 2007-xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bir qadına sataşmaqda və bu zaman onun tanışını döyməkdə təqsirləndirilirdi.

Azadlıq” qəzetinin müxbiri Seymur Həzi 2014-cü ildə xuliqanlıq ittihamı ilə həbs olunub. Abşeron rayon Məhkəməsinin hökmü ilə o, 5 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG