Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:44

Əfqan Muxtarlı: ‘Emin Milliyə əlləri çatmadığından mənim həbsimi sifariş ediblər’


Əfqan Muxtarlı məhkəməyə gətirilir, Bakı, 16 iyun, 2017
Əfqan Muxtarlı məhkəməyə gətirilir, Bakı, 16 iyun, 2017

Bu gün, avqustun 17-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatını təmin edərək AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbs müddətini uzadıb.

Baş Prokurorluğun hər iki təqsirləndirilən şəxs barəsində təqdimatına hakim Babək Pənahov baxıb. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsləri vəkillər Elçin Sadıqov və Nemət Kərimli təmsil edib.

Vəkil E.Sadıqov deməsinə görə, prokurorluğun təqdimatına qarşı çıxıb. O, çıxışlarında deyib ki, hər iki təqsirləndirilən şəxsin səhhətində ciddi problemlər var.

Buna da bax:​ Vəkili: 'Əfqan Muxtarlının istintaqını yubadırlar'

Vəkil həmçinin bildirib ki, istintaq dövründə G.Bayramlı və Ə.Muxtarlının həbsdə tutulmasından ötrü qanunvericilikdə təsbit edilən əsaslar da mövcud deyil.

Ancaq prokurorluq nümayəndəsi vəkillərin arqumentlərinin əsaslı olmadığını bildirib. Verilən məlumata görə, O, məhkəmə heyətinə deyib ki, təqsirləndirilən şəxslər istintaq dövründə həbsdə saxlanılmazsa, onlar istintaqın obyektiv aparılmasına maneə yarada bilərlər.

Məhkəmə prokurorluq nümayəndəsinin arqumentlərini daha inandırıcı hesab edərək, G.Bayramlı və Ə.Muxtarlının həbs müddətini 2 ay uzadıb.

Ayrı-ayrılıqda keçirilən proseslərdə G.Bayramlı və Ə.Muxtarlı da çıxış edib.

Buna da bax:​ Vəkil: 'Gözəl Bayramlıya əsa vermirlər'

Vəkillərin deməsinə görə, Gözəl Bayramlı saxlanması, ona cinayət işi açılması olaylarının başdan-ayağa qurama olduğunu, ondan siyasi fəaliyyətinə görə, qisas alındığını bildirib. O, Azərbaycan məhkəmələrindən ədalət gözləmədiyini də ifadə edib.

Gözəl Bayramlı
Gözəl Bayramlı

“Bütün dünyada məhkəmələr əslində ədalət yeridir. Ancaq Azərbaycandakı məhkəmələrdə ədalət yoxdur”, - vəkillərinin deməsinə görə, G.Bayramlı bildirib.

Vəkil Nemət Kərimli deyir ki, Ə.Muxtarlının məhkəməsində də jurnalist ona irəli sürülən ittihamlardan danışıb. Onların hamısının qurama olduğunu bildirib. O, vəkilin bildirməsinə görə, həbsində ölkə rəhbərliyini ittiham edib.

Buna da bax:​ Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'

“Mən 1993-cü ildən Əliyev hakimiyyətinin qanunsuzluqları ilə mübarizə aparıram. Jurnalist kimi Azərbaycandakı korrupsiya və hakim ailənin biznesini ifşa edən araşdırmalar aparmışam, yazılar yazmışam. Mənim son dövrdəki yazılarım əsasən Əliyev hakimiyyətinin korrupsioner mahiyyətinin ifşa olunduğu Meydan TV-də dərc olunub. Meydan TV-nin qurucusu Emin Milli Avropada olduğu üçün, ona əlləri çatmadığından mənim həbsimi sifariş ediblər. Emin Milli ilə əməkdaşlıq etdiyim üçün, onunla dost olduğumdan məndən qisas almaq qərarına gəliblər. Həbsimi birbaşa İlham Əliyev sifariş edib”, – vəkilinin bildirməsinə görə, jurnalist deyib.

Məhkəmə iclaslarından sonra onların vəkilləri qərarla razılaşmadıqlarını, yuxarı məhkəmə instansiyasına şikayət edəcəklərini bildirdilər.

Vəkillərdən E.Sadıqov AzadlıqRadiosu-na deyib ki, hər iki şəxs barəsində seçilmiş həbs tədbirinin sağlıq durumlarına görə ev dustaqlığı ilə əvəz edilməsindən ötrü məhkəməyə müraciət edəcək.

Buna da bax: Vəkili: 'Əfqan Muxtarlının ürəyində problem var'

Vəkilləri Ə.Muxtarlıda mədə, ürək ağrılarının olduğunu bildirirlər. Onların deməsinə görə, jurnalist 20 kiloqramdan çox çəki itirib. AXCP sədrinin müavini G.Bayramlının isə hər iki dizində şiş olduğu söylənir. Vəkillərinin bildirməsinə görə, xanım siyasətçi çətin hərəkət edir və bir dəfə təcridxanada yıxılıb. Hər iki təqsirləndirilən şəxs təcridxanada həkim müayinəsindən keçirilib.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib.

Buna da bax:​ 'Əfqan Muxtarlıya 'zərərçəkmiş' statusu verilməlidir'- deputat

Jurnalist Əfqan Muxtarlı isə Gürcüstandan oturum izni alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Buna da bax: “Biz Gözəl Bayramlının həbsdən narahatıq”

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

XS
SM
MD
LG