Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:25

Gülüstan sarayının divarları çat verdi


Gülüstan sarayı
Gülüstan sarayı

►"Qar yağandan sonra..."

“Gülüstan” sarayının həm arxa, həm də ön hissəsindəki üzlüklərlə örtülmüş istinad divarlarında 3-5 millimetr ölçüsündə çatlar yaranıb.

Bundan başqa Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” kompleksinin sağ tərəfində, Bayıl dərəsi deyilən ərazidəki istinad divarlarında da çatlar əmələ gəlib (Apa).

Bununla belə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyir ki, vəziyyət qorxulu, gərgin deyil.

Ə. Qaralov qeyd edib ki, adıçəkilən ərazilərdə daim lokal sürüşmələr baş verib. “Həmin ərazilər sürüşməyə meyllidir.

Qar yağıb, qarın əriməsindən sonra gözləmək lazımdır görək, ümumi vəziyyət necə olacaq” - deyə Ə.Qaralov bildirib.

XS
SM
MD
LG