Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:18

Haaqa məhkəməsinin qərarları gözlənir


Qənimətlər parkından erməni əsgərlərin maketləri və dəbilqələri yığışdırılıb
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Qənimətlər parkından erməni əsgərlərin maketləri və dəbilqələri yığışdırılıb

Azərbaycan və Ermənistan bir-birini irqi ayrıseçkilikdə ittiham edir

Dekabrın 7-də BMT-nin ali məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları üzrə qərar verməlidir. Tərəflər məhkəmədən ötən il 44 günlük Qarabağ müharibəsindən sonra gərginliyin azaldılması üçün fövqəladə tədbirlər görülməsini istəyiblər.

Azərbaycan və Ermənistan bir-birini irqi ayrıseçkilikdə ittiham edir.

Ermənistanlı şərhçi: 'Erməni əsgərlərin fiqurlarının götürülməsi...'
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Qərarlar icra olunmalıdır, amma...

Sentyabrda iki ölkə Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsindən (ICJ) xahiş edib ki, qarşı tərəflə bağlı tədbir görsün. Ümumi iş üzrə qətnamənin qəbulu isə illərlə çəkə bilər.

“AFP” məhkəməyə istinadla xəbər verir ki, Ermənistanın təqdim etdiyi iddia üzrə qərar GMT vaxtı ilə 14:00-da gözlənir. Bundan dərhal sonra Azərbaycanın iddiası üzrə qərar açıqlanacaq.

ICJ 2-ci Dünya müharibəsindən sonra BMT üzvü ölkələri arasında mübahisələrin həlli üçün yaradılıb. Mübahisələrini bu məhkəməyə çıxaran ölkələr onun qərarlarına əməl etməlidirlər. Amma məhkəmənin onları buna vadar etməyə təzyiq vasitəsi yoxdur.

AŞ rəsmisi Hərbi Qənimətlər Parkından narazı qalıb
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

İttihamlar

Azərbaycan ötən il hərbi əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Amma qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Müharibədə üst-üstə 6 min 500-dən çox insan həlak olub.

Oktyabrda keçirilən dinləmələrdə Azərbaycanla Ermənistan bir-birini İrqi Ayrıseçkiliyin Bütün Formaları üzrə Beynəlxalq Konvensiyanı pozmaqda suçlayıblar.

Ermənistan Azərbaycan tərəfin erməni əsirləri buraxmasını, Bakıdakı “Qənimətlər parkı”nı bağlamasını istəyir. Parkda “qabarıq armenofobik cizgiləri” olan erməni əsgər maketlərinin nümayiş olunduğu vurğulanıb.

Bu dinləmələr getdiyi vaxtda AzadlıqRadiosu-nun parkda olan əməkdaşları həmin fiqurların yığışdırıldığını müşahidə ediblər.

Əsir əvəzinə xəritə

Azərbaycan isə Ermənistanın işğaldan azad olunmuş ərazilərdə minalar basdırmaqla “etnik təmizləmə”də ittiham edib.

Azərbaycan ötən həftəsonu Ermənistana 10 əsiri təhvil verib, əvəzində minalı ərazilərin əldə oldunduğunu bildirib. Amma bundan öncəki əsir-xəritə mübadilələrindən sonra Prezident İlham Əliyev bu xəritələrin dəqiqliyinin 25 faiz olduğunu deyirdi.

Prezident Əliyev noyabrın 26-da Soçidə rusiyalı həmkarı Vladimir Putinin vasitəçiliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Əliyevlə Paşinyanın dekabrın 15-də Brüsseldə görüşü gözlənir.

XS
SM
MD
LG