Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:49

Hakimiyyətə 'İlqar Məmmədovu azad et' çağırışı


İlqar Məmmədov
İlqar Məmmədov

REAL hərəkatının lideri İlqar Məmmədovun həbsi siyasi motivli və əsassızdır. Məhz bu səbəbdən, Amnesty International təşkilatı çox qısa zamanda İ.Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb və onun azadlığa buraxılmasını israrla tələb edib.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu REAL hərəkatının lideri İlqar Məmmədovun həbsinin dördüncü ilinin tamam olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, İ.Məmmədovun həbsinin siyasi motivli olması Avropa İnsan Hüquqları Məhkəməsinin onun şikayəti üzrə qəbul etdiyi 22 may 2014-cü il qərarında da əksini tapıb:

"Avropa Məhkəməsi qərarlarının icrası üzv dövlətlər üçün məcburi olsa da, bu qərar 3 ilə yaxındır icra edilmir. Avropa Şurası Nazirlər Komitəsinin və Avropa Şurası Baş Katibinin və Prezidentinin, digər səlahiyyətlilərinin qərarın icrası ilə bağlı qərarlarına və çağırışlarına isə məhəl qoyulmur".

Bəyanat müəllifləri Azərbaycan hakimiyyətini üzərinə götürdüyü öhdəliklərə riayət edərək Avropa Məhkəməsinin İ.Məmmədov barədə qərarını icra etməyə çağırır.

İ.Məmmədov 2013-cü ildə İsmayıllı hadisələrilə bağlı həbs edilib, 7 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG