Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:29

'Bir zabitin 20 il oturub mənzil gözləməsi yaxşı hal deyil'


Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində. 2018
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində. 2018

478 hərbi qulluqçunun Bakıda və Naxçıvan Muxtar Respublikasında mənzillə təmin olunacağı bildirilir. Maliyyə Nazirliyindən verilən xəbərə görə, onlardan 20 nəfəri müharibədə həlak olmuş hərbçilərin ailələridir.

942 hərbi qulluqçu isə mənzil növbəsinə alınıb. Beləliklə, mənzil növbəsində duran hərbçilərin ümumi sayı 2 min 302 nəfərə çatıb.

Bəzi ekspertlərin qənaətincə, Azərbaycanda hərbi qulluqçuların mənzillə təmin edilməsi o qədər də asan deyil və bununla bağlı qanunda olan müəyyən məhdudiyyətlər götürülməlidir.

Prezidentin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanına görə, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına alınmış mənzillə təmin olunmalıdırlar.

Gecəqondudan könüllü əsgər gedən kasıb balası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

35 milyon manat ayrılacaq

Maliyyə Nazirliyindən "Turan"a verilən məlumata görə, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir: "Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının həyata keçirilməsi sayəsində bugünə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 min 686 hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillə təmin olunub".

Nazirlikdən o da deyilir ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanuna görə, hərbi qulluqçular üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir: "2023-cü ildə 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün 35 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, 2023-cü ildə kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 12.7 milyon manat vəsait xərclənəcək".

Köçkünlərə evlər Qarabağda deyil, Sumqayıtda tikilir - Tender müəmması
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Ekspert: "Qanundakı "qüsursuz" sözü ləğv edilməlidir"

Hərbi ekspert Tərlan Eyvazov bir məqama diqqət çəkir. O deyir ki, indiki halda mənzil növbəsinə duranlar 20 il ərzində qüsursuz xidmət edən hərbçilərdir: "Yəni, komandanlıq hər hansı töhmət verərsə, onda hərbçi ev növbəsindən kənarlaşdırılır".

Hərbi ekspert hesab edir ki, qanunda "qüsursuz" sözü götürülməlidir: "Komandanlıqla zabitin arasında müəyyən intriqalar ola bilər və bu, rəisə imkan yaradar ki, mənzil növbəsi çatanda zabitə bir töhmət versin".

T.Eyvazovun fikrincə, qanunvericilikdə hərbçilərə ev verilməsi ilə bağlı başqa müddəalara da dəyişiklik edilməsinə ehtiyac var. Deyir ki, Azərbaycan iqtisadiyyatının güclü olmadığı vaxtlarda yalnız 20 il xidmət etmiş zabitlərin evlə təmin olunması məhdudiyyətini anlamaq olardı, indiki durumda bunun aradan qaldırılması mümkündür: "Ermənistanla müqayisə aparsaq, Nikol Paşinyanın verdiyi son qərara əsasən, zabit rütbəsi almış hərbçilər dərhal mənzillə təmin olunur. Bizdəsə çoxunun hərbi şəhərciklərə düşməyə imkanı yoxdur. Bir zabitin 20 il oturub mənzil gözləməsi yaxşı hal deyil".

Ermənistan peşəkar ordu yaradır, əsgərlərə ayda 1000 dollar və ev vəd edir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

O, hərbçilər üçün ev fondunun genişlənməsini vacib sayır və çıxış yolu da göstərir: "Məcburi köçkünlər üçün artıq işğaldan azad olunmuş ərazilərdə evlər tikilir və onlar dövlət sərəncamında olan evlərdən ora köçürüləcək. Həmin o dövlətin sərəncamında olan evlərdən zabitlərə, qazilərə də fond ayrıla bilər".

Hökumətin yaxın zamanlarda hərbçilərlə bağlı bu qeydləri nəzərə alması mümkündürmü və ya Milli Məclis ekspertin dediyi bəzi məhdudiyyətləri aradan qaldıra bilərmi? Hələlik, bununla bağlı müzakirələr getmir.

XS
SM
MD
LG