Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:45

“Hesablama Palatası öncə Mərkəzi Bankla məşğul olmalıdır”


Milli Bankın rəhbəri Elman Rüstəmov
Milli Bankın rəhbəri Elman Rüstəmov

►Ekspertlər Azərbaycan bank sisteminin ağır durumuna diqqət çəkirlər

Hesablama Palatasının təhlillərinə görə, dövlət zəmanətiylə verilən və Mərkəzi Bankdan (MB-dən) kredit alan bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşiblər.

Palatanın "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd edilib ki, bu, son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılmasını zəruriləşdirir.

Təhlillər göstərir ki…

Palatanın təhlilləri göstərir ki, hesabat ilinin sonuna daxili dövlət borcu sayılan məqsədli kreditlərin qalığı 3 milyard 769,78 milyon manatdır.

Bu məbləğin 376,46 milyon manatı vaxtıkeçmiş əsas borc öhdəliyi, 122,85 milyon manatı isə vaxtıkeçmiş faizlərdir.

Həmin borclar, əsasən, “Azəralüminium” (76 milyon manat əsas borc, 18,7 milyon manat faiz borcu) və “Azərenerji” ASC-lərdə (əsas borc - 29,9 milyon manat), “Azərbaycan Hava Yolları” QSC də (əsas borc - 270,47 milyon manta, faiz borcu - 104,15 milyon manat) gözə çarpıb.

Palata qeyd edir ki, həmin təşkilatlarda maliyyə durumunun qeyri-qənaətbəxş olması dövlət zəmanətli kreditlər üzrə borcların vaxtında qaytarılmaması ehtimalını və sözügedən kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini artırır.

____________________________________________________________

Bunlara da bax:
Fərəc Kərimlinin cəzası azaldıldı
Mobil proqram riyaziyyat misallarını həll edir

____________________________________________________________

“Mərkəzi Bankın kreditləşməsində şəffaflıq yoxdur”

İqtisadiyyat eksperti Nazim Bəydəmirli MB-nin kredit siyasətində şəffaflığın olmamasına diqqət çəkir:

“MB-nin əsas funksiyalarından biri kommersiya banklarına mərkəzləşdirilmiş resursların verilməsidir. Bu məsələdə də şəffaflıq görünmür. Şəxsən mən açıqlanan məlumatlarda hansı banka nə qədər resurs verilməsinə dair məlumata rast gəlməmişəm. Bildiyiniz kimi, MB İpoteka Fondunun qiymətli kağızlarına da vəsait yatırırdı. Bu da borcun bir növüdür. Ümumi hesabatlar yetərli deyil. Arzumuz MB-nin belə məlumatları daha şəffaf açıqlamasıdır. Burada heç bir kommersiya sirri yoxdur və qaytarılmayan kreditlərin aqibətini cəmiyyət bilsə, daha faydalı iş olar”.

“Bank sistemimizin yeri… palatadır”

MB-nin 24 illik fəaliyyəti ərzində onu heç bir dövlət qurumunun, hətta Hesablama Palatasının da yoxlamadığına diqqət çəkən bir başqa ekspert – Əkrəm Həsənov deyir ki, bir-iki istisnayla, Azərbaycanda elə bank yoxdur ki, yoxlanmağa başlansa, rəhbərliyini cinayət məsuliyyətinə cəlb etmək üçün xeyli əsas tapmayasan:

“Çünki bank sistemimiz ağır xəstədir. Xəstəninsə yeri palatadır. MB-nin yeri Hesablama Palatası, kommersiya banklarınınsa Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Həmin palatalardakı peşəkarlar işə düzgün yanaşsalar, bütün cinayətlərin üstü açılar, günahkar bankirlər məsuliyyətə cəlb olunar, onların müsadirə edilmiş əmlakı isə dövlətə keçər. Yeri gəlmişkən, həmin müsadirə edilmiş əmlak hesabına əhalinin problemli borclar məsələsini də həll etmək olar”.

Buna da bax: İpoteka şərtləri çətinləşir

İpoteka şərtləri çətinləşir
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00

XS
SM
MD
LG