Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:24

Hicablı şagird Nigar: "Allaha xəyanət etmək istəmirəm"


İllüstrasiya
İllüstrasiya

►Gəncədə Kəpəz rayon 28 saylı orta məktəbdə qadağa hələ də götürülmədiyindən Elbrus Quliyevin 10 yaşlı qızı evdə oturub.

Almaniyada yaşayan Cəfər Türkyılmaz deyir: ​"Bizim ailənin qızları heç bir məhdudiyyət olmadan istənilən yaşda başları bağlı dərsə gedə bilirlər”.

- Doqquz yaşın var, niyə məktəbə başını bağlayıb getmək istəyirsən? Bəzilər hesab edir ki, səninçün bu, tezdir…

- Xanım Zəhranın bizə vəsiyyəti var, mən ona xəyanət etmək istəmirəm, Allaha xəyanət etmək istəmirəm.

- Bəs, səni məktəbə buraxmasalar, özünü necə hiss edəcəksən?

- Pis, çox pis. Ağlayacam..

Gəncə şəhər 12 saylı məktəbin şagirdi, şərti adı Nigar olan bu qızla telefonda danışırıq. Sərrast nitqli, gümrah səsli Nigar qəti qərar verib ki, onu hicabla məktəbə buraxmasalar, dini inancını seçib, təhsili atacaq.

Onun oxuduğu məktəbdə dərs ilinin ilk günləri hicablı məktəblilərə başlarını açmağa göstəriş versələr də, sonradan valideynlərin etirazı ilə direktoru yola gətirmək mümkün olub.

Amma Gəncədə Kəpəz rayon 28 saylı orta məktəbdə qadağa hələ də götürülmədiyindən Elbrus Quliyevin 10 yaşlı qızı evdə oturub:

“Yaxşı oxuyan qızdır, amma başını açmaq istəmir. Qıza pis təsir edir”.

Buna da bax: Qəddarlığa qarşı çıxan 98 cəsur azərbaycanlı

100-ə yaxın məktəbdə hicaba qadağa?

Müsəlman Birliyi Hərəkatı bu il hicablı məktəblilərin şikayətlərini qəbul etmək üçün “Qaynar xətt” yaradıb. Hərəkatın İdarə Heyətinin üzvü Nahid Qəhrəmanlı AzadlıqRadiosuna deyir ki, Bakı da daxil olmaqla bu il azı 100 məktəbdən şikayət daxil olub:

Nardaran və Maştağa məktəbləri istisna olmaqla, elə bir məktəb yoxdur ki, qızları məhdudiyyətsiz dərsə buraxsın.

“Nardaran və Maştağa məktəbləri istisna olmaqla, elə bir məktəb yoxdur ki, qızları məhdudiyyətsiz dərsə buraxsın. Gedirik, etiraz edib yola gətiririk. Bir çox yerlərdə isə buna nail ola bilmirik. Hicablı qızların sayı artdıqca belə hallar da çoxalır. Bizim hüquqlarımızı pozurlar. Bizim Konstitusiya ilə öz dini inancımıza uyğun yaşamaq hüququmuz var”.

Buna da bax: “Keçən il bu gün 15-20 qoyun satmışdıq”

Hədələyici xütbə

Sentyabrın 18-də YouTube-a yerləşdirilmiş videoda ilahiyyətçi Hacı Zülfüqar Mikayılzadə öz xütbəsində deyir:

“Hələ peyğəmbərləri arzu edirsiz ki, gəlib bizim ölkəmizdə yaşasınlar. Siz peyğəmbərin ideologiyasının bugünkü davamçılarını həbsə atırsız, onların balalarını məktəbə qoymursuz. Ona görə də biz bir daha xəbərdarlıq edirik: hər hansı hicablı qız uşağına təzyiq göstərmək şiəliyə, alimlərə, ruhanilərə, əqidəmizə təzyiqdir və elə etməsinlər ki, biz yenidən bu məsələyə necə keçmişdə reaksiya vermişdik, elə reaksiya verək. Kim bizim bacılarımıza təzyiq göstərirsə, biz onları erməni ilə bir bilirik- onlar sərhəddə bizi dəmir güllə ilə hədəfə alır, bunlar isə bizi”.

Buna da bax: Adam bıçaqlayan general oğluna gülməli cəza

Təhsil Nazirliyinin mövqeyi

Sentyabrın 22-də Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib ki, Konstitusiyaya görə, təhsil dünyəvi xarakter daşıyır:

Şagirdlərin vahid məktəbli formasından fərqli geyimdə məktəbdə təhsil alması mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

“Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.8-ci bəndinə görə, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Şagirdlərin vahid məktəbli formasından fərqli geyimdə məktəbdə təhsil alması mövcud qanunvericilikdə nəzərdə tutulmayıb”.

Buna da bax: "Rəhmətlik" maşın bazarından reportaj- [Video]

Müstəqil ekspert nə deyir?

Hüquqşünas Ələsgər Məmmədli təsdiqləyir ki, vahid forma xaricində hər cür forma qadağandır.

O hesab edir ki, hökumət hələ ki, tolerant davranır və tətbiqi yumşaq həyata keçirir.

Müsəlman Birliyi Hərəkatından Nahid Qəhrəmanlısa bu mövqeyi bölüşmür və bildirir ki, qanunda baş örtüyü ilə bağlı açıq qadağa yazılmayıbsa, şagirdlər məktəbə başıbağlı gedə bilərlər.

Buna da bax: İbrahim Məmmədov «AzTV»dən çıxarıldı

Türkiyədə müsəlmanlar

Türkiyənin islam alimi Fətlullah Gülenə yaxın “Today’s Zaman” qəzetinin müxbiri Lamiyə Adilqızı deyir ki, 5-ci sinifə qədər şagirdlərə baş örtməyə icazə verilmir:

“5-ci sinifdən sonra isə məhdudiyyətsiz hicab taxa bilərlər”.

Qərb müsəlmanları

ABŞ-da müsəlman məktəblilər dərsə hicabla gedə bilirlər. 34 ildir ki, Almaniyada yaşayan türkiyəli Cəfər Türkyılmaz AzadlıqRadiosuna deyir:

“Bizim ailənin qızları heç bir məhdudiyyət olmadan istənilən yaşda başları bağlı dərsə gedə bilirlər”.

13 ildir ki, Ingiltərədə yaşayan Səudiyyə Ərəbistanından Abdullah Al-Jeffrey bildirir ki, bacıları dərsə məhdudiyyətsiz başıörtülü gediblər.

Buna da bax: Mehriban Əliyeva: "Bu işə 10 min könüllü cəlb edəcəyik"

Əks mövqelər

Natiq Cəfərli
Natiq Cəfərli

Müxalif ReAl Hərəkatının İcra katibi Natiq Cəfərli hesab edir ki, uşaqlar 9-cu sinfə qədər - həddi-buluq yaşına qədər özləri dini seçim etmirlər, odur ki, bu həddə qədər məktəblərdə istənilən dinə aid simvolikanın olması məqsədəuyğun deyil və şagirdlər arasında ayrı-seçkilik salır:

“Amma müsəlman bacı-qardaşlarımız məktəbə uşaqlarını hicabla göndərməyə üstünlük verirsə, bu zaman çıxış yolu özəl məktəblərin açılması və uşaqları həmin məktəblərə göndərməkdir”.

Çıxış yolu özəl məktəblərin açılması və uşaqları həmin məktəblərə göndərməkdir

Yeri gəlmişkən, Türkiyədə də ibtidai sinifdə qızlarını hicabla oxutdurmaq istəyənlər üçün özəl məktəblər var.

“Asif” imzalı oxucu AzadlıqRadiosunun forumuna yazır:

“Məsələn, kimsə ənənəçi-konservator ola bilər və klassik milli geyim formasına üstünlük verə bilər. Kimsə öz bədən əzalarını nümayiş etdirməyə təbii estetika kimi baxa bilər (mütləq deyil qız olsun, əzələlərini çöldə qoyan idmançı oğlan da misal ola bilər). Onda görün, məktəb nə hala düşər?!”

Buna da bax: Neft Fondu $432 milyona Yaponiyada bina aldı

Tarixçə

Dindarların hicabla bağlı 2010-cu ildə bir, 2012-ci ildə iki etiraz aksiyası keçirilib. Sonuncu aksiyada 32 nəfər saxlanılıb. Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə, onlarda 10 nəfərə yaxını hələ də həbsdədir.

XS
SM
MD
LG