Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:03

Əli Kərimli: "Təpik və yumruqla danışmaq..."


İlqar Məmmədov (Sağda). Arxiv fotosu
İlqar Məmmədov (Sağda). Arxiv fotosu

"ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədov oktyabrın 16-da 2 saylı cəzaçəkmə müəssisəsində amansızca döyülüb."

►Ombudsman Aparatı deyir, məsələ araşdırılacaq

"ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədov oktyabrın 16-da 2 saylı cəzaçəkmə müəssisəsində amansızca döyülüb."

Bunu İlqar Məmmədovun vəkili Cavad Cavadov deyir.

Vəkil Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Zakir Qaralova və Ombudsman Elmira Süleymanovaya şikayətində bildirir ki, İlqar Məmmədov saat 15:30 radələrində, vəkil Fuad Ağayevin onunla görüşündən bir müddət sonra döyülüb.

Buna da bax: Yunusların işi geri aytarılıb (VİDEO)

RƏİS DEYİB Kİ, “BURDAN SALAMAT ÇIXMAYACAQSAN”

Cavad Cavadovun sözlərinə görə, əvvəlcə İlqar Məmmədov inzibati binaya çağrılıb, cəzaçəkmə müəssisəsinin Şakir adlı müavininin yanına aparılıb.

Adıçəkilən şəxs və Çingiz adlı əməkdaş İlqar Məmmədova başından zərbə endiriblər. Daha sonra onu itələyə-itələyə rəis Eyvaz Əsgərovun otağına aparıblar, burada da hər üçünün iştirakı ilə onu döyməyə davam ediblər. İlqar Məmmədovu yerə yıxıb təpikləməyə başlayıblar.

Vəkilin sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəisi İlqar Məmmədovu "buradan sağ-salamat çıxmayacaqsan" deyə hədələyib.

Oktyabrın 19-da görüş zamanı Cavad Cavadov İlqar Məmmədovun boynunda və başında xəsarət izləri və qançırlar görüb.

Vəkil şikayətində bu faktın dərhal araşdırılmasını, müdafiə etdiyi şəxsin təhlükəsizliyinin təmin olunmasını xahiş edir.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli deyir ki, "İlqar Məmmədovun cəzaçəkmə yerində döyülməsi rejimin mahiyyətidir":

“Təəssüf ki, siyasi rəqibi ilə təpik və yumruq dili ilə danışan təfəkkür sahiblərindən hələ də islahat gözləyənlər var”.

ƏDLİYYƏ NAZİRLİYİ: CƏFƏNGİYYATDIR

Faiq Qurbanov
Faiq Qurbanov

Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Faiq Qurbanov AzadlıqRadiosuna bildirib ki, İlqar Məmmədovun döyülməsi xəbəri cəfəngiyyatdır:

“Kimsə nəsə deyirsə, ağlına gələn şeyləri danışırsa, məsuliyyətsiz bəyanatlar verirsə, bu, o demək deyil ki, bu, həqiqətdir. Şəxsən məndə belə məlumat yoxdur”.

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin İlqar Məmmədovun azad edilməsi haqda qərarı var, niyə o, azad olunmur?” sualını Faiq Qurbanov belə cavablandırır:

“Bu işə məhkəmə tərəfindən baxılır. Aidiyyatı üzrə baxılıb, qərar da verilib”.

Buna da bax: MTN-dəki yeni 1-ci müavin- [Kimdir?]

OMBUDSMAN APARATI: ARAŞDIRILACAQ

Ombudsman Aparatının İşgəncələrin Qarşısının Alınması şöbəsinin müdiri Rəşid Rumzadə AzadlıqRadiosuna deyib ki, onlar müdafiə tərəfinin sözügedən müraciətlərini alıblar. Şöbə müdiri deyir ki, əvvəllər də İlqar Məmmədovun saxlanma şəraiti ilə bağlı müraciətlər olub və vaxtında araşdırılıb:

İlqar Məmmədov ötən il 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Hər bir halda biz içəridə ona qarşı hər hansı təzyiq, pis rəftar müşahidə etməmişik. Bununla bağlı vəkilləri də deyə bilər. Əlimizdən də nə köməklik gəlibsə, hər zaman göstərməyə çalışmışıq. Buna nail də olmuşuq. Cəzaçəkmə müəssisələrində rəftar məsələlərinin araşdırılması birbaşa bizim yurisdiksiyaya aid olan məsələlərdən biridir. Bizim reaksiyamız birmənalıdır. Dünənki müraciət də bizə daxil olub. Ərizə üzrə müvafiq icraat aparılacaq və ərizə sahiblərinə də həmişəki kimi vaxtında cavab veriləcək”.

İlqar Məmmədov ötən il 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il mayın 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onun saxlanılmasının qanunsuz olduğu barədə qərar qəbul edib. Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti İlqar Məmmədovu dərhal azad etməli və ona 22 min avro təzminat ödəməlidir. Ancaq 2014-cü ilin sentyabrında Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmədə isə kassasiya şikayətinə baxılması 9 aydan çox davam edib. Bu il oktyabrın 13-də Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar araşdırma üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

Amnesty İnternational İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG