Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:24

Trump-ın impiçment maddələri Senata göndərilir


ABŞ Nümayəndələr Palatası prezident Donald Trump-ın vəzifəsindən kənarlaşdırılması məqsədilə impiçmentinin iki ittiham maddəsinin Senata göndərilməsinə dair qətnaməni qəbul edib.

Yanvarın 15-də demokratların çoxluğa malik olduqları palatada qətnamə 228-193 səs nisbəti ilə qəbul edilib.

Bu qətnamə həm də Senatda keçiriləcək impiçment mühakiməsində ittihamçı rolunu oynayacaq 7 hüquqşünasın adlarını təsbit edir.

Sözü gedən hüquqşünaslar qrupuna demokrat millət vəkili, keçmiş federal prokuror, hazırda Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri olan Adam Schiff rəhbərlik edəcək.

Prosedura görə impiçment maddələrini Senata məhz bu qrup təqdim etməlidir.

Onlar Senat qarşısında impiçment ittihamnaməsini oxuyacaqlar.

Senatda keçirilən mühakimədə senatorlar münsiflər məhkəməsinin üzvü olacaqlar. Baş hakim John Roberts bu mühakimədə əsas hakim olmalıdır.

Bundan dörd həftə əvvəl Nümayəndələr Palatası prezident Donald Trump-ın öz səlahiyyətlərini aşması və ədalətin qarşısını alması ittihamı ilə impiçment edilməsi barədə qərar qəbul etmişdi.

Prezident habelə öz siyasi rəqibinə qarşı cinayət işinin açılması üçün xarici hökumət rəhbərinə təzyiq göstərməkdə ittiham olunur.

Trump bu ittihamları rədd edir və impiçment prosesini “əcinnə ovu” adlandırır.

XS
SM
MD
LG